Bolməyə aid atalar sözləri
Atalar sözü ID - 3566Uca dağın başı qarlı olar. |
Atalar sözü ID - 3567Uca-uca dağlar başı qarlı da olur, qarsız da, igidlərin canı sağ olsun, varlı da olur, varsız da. |
Atalar sözü ID - 3568Ucuz aldın; quyruğunu düyünlə. |
Atalar sözü ID - 3569Ucuz ətin şorbası olmaz. |
Atalar sözü ID - 3570Ucuz illətsiz, baha hikmətsiz deyil. |
Atalar sözü ID - 3571Ucuz verən tez satar. |
Atalar sözü ID - 3572Ucuzdan bahası olmaz. |
Atalar sözü ID - 3573Ucuzdur var illəti, bahadır var hikməti. |
Atalar sözü ID - 3574Ucuzluqda alanın üzün görmə, bahalıqda satanın. |
Atalar sözü ID - 3575Uçmaqda turac, qaçmaqda ceyran. |
Atalar sözü ID - 3576Ulamağın bilməyən köpək sürüyə qurd gətirər. |
Atalar sözü ID - 3577Ulduzu barışmayanın salamı da savaşdır. |
Atalar sözü ID - 3578Ulu sözünə baxmayan ulaya-ulaya qalar. |
Atalar sözü ID - 3579Umac özün aş bilər, qarğa özün quş bilər. |
Atalar sözü ID - 3580Uman yerdən küsərlər. |
Atalar sözü ID - 3581Umud qaldı kosaya, kosa saqqalın daraya. |
Atalar sözü ID - 3582Umulmayan daş yarar baş. |
Atalar sözü ID - 3583Usta əli dəyməyən iş haramdır. |
Atalar sözü ID - 3584Usta görməyən şəyird ondan-bundan qarmalar. |
Atalar sözü ID - 3585Usta görməyən şəyirdin gözü əllərdə qalar. |
Atalar sözü ID - 3586Uşağa iş buyur, dalıyca yüyür. |
Atalar sözü ID - 3587Uşağa yoldaş olma, sən yıxılsan gülər, özü yıxılsa ağlar. |
Atalar sözü ID - 3588Uşağı sevərlər beşikdə, əri sevərlər döşəkdə. |
Atalar sözü ID - 3589Uşağı yeməh böyütməz, fərəh böyüdər. |
Atalar sözü ID - 3590Uşağın hökmü padşahın hökmündən artıq. |
Atalar sözü ID - 3591Uşaq adamı qanlı qapısına aparar. |
Atalar sözü ID - 3592Uşaq atasından güclüsün bilməz. |
Atalar sözü ID - 3593Uşaq gördüyün götürər. |
Atalar sözü ID - 3594Uşaq olan evdə qeybət olmaz. |
Atalar sözü ID - 3595Uşaq yıxıla-yıxıla böyüyər. |
Atalar sözü ID - 3596Uşaq yıxıldığı yerə baxar. |
Atalar sözü ID - 3597Uşaqdan al xəbəri. |
Atalar sözü ID - 3598Uşaqlıqda yalan deyənə böyüyəndə inanmazlar. |
Atalar sözü ID - 3599Utan utanmazdan, qorx qorxmazdan. |
Atalar sözü ID - 3600Utananın oğlu olmaz. |
Atalar sözü ID - 3601Utanmasan oynamağa nə var ki?! |
Atalar sözü ID - 3602Utanmaz üzdən qara nə var?! |
Atalar sözü ID - 3603Uyuşar - qatıq yeyərik, uyuşmaz - süd içərik. |
Atalar sözü ID - 3604Uzaqdan baxana dava asan görünər. |
Atalar sözü ID - 3605Uzaqdan baxırsan, sambalı xoşdu, Yaxından baxırsan, quşqunu boşdu. |
Atalar sözü ID - 3606Uzun adamın ağlı topuğunda olar. |
Atalar sözü ID - 3607Uzun axmaq olar, güdə fitnəkar. |
Atalar sözü ID - 3608Uzun sözün qısası, gəlin, səni sevmişəm. |
Atalar sözü ID - 3609Uzun yaşın axırı yenə ölümdü. |
Bu səhifə dəfə baxılıb