Bolməyə aid atalar sözləri
Atalar sözü ID - 3042Öküz cırıldamaqdan boyunduruq cırıldayır. |
Atalar sözü ID - 3043Öküz dəvəcən olanda, dəvə dağcan olar. |
Atalar sözü ID - 3044Öküz öldü, ortaq ayrıldı. |
Atalar sözü ID - 3045Öküzlüyə gön borc verərlər. |
Atalar sözü ID - 3046Öküzü durğuzub altından buzov istəməzlər. |
Atalar sözü ID - 3047Öküzü ölənə yol göstərən çox olar. |
Atalar sözü ID - 3048Öküzün böyüyü pəyədə qalıbdır. |
Atalar sözü ID - 3049Öküzün cütə getməyəni ətlik adına satılar. |
Atalar sözü ID - 3050Öküzün qaşqasını döyərlər. |
Atalar sözü ID - 3051Öküzün qocalanı dana-buzova qoşular. |
Atalar sözü ID - 3052Öl mənim üçün, ölüm sənin üçün. |
Atalar sözü ID - 3053Öldürən ox, günahkar ox atan. |
Atalar sözü ID - 3054Öldürrəm deyəndən qorxma, ölləm deyəndən qorx. |
Atalar sözü ID - 3055Ölən ilə ölmək olmaz. |
Atalar sözü ID - 3056Ölən inək südlü olur. |
Atalar sözü ID - 3057Ölən öldü, vay qalanın halına. |
Atalar sözü ID - 3058Ölənin borcunu baqqal dirilərə yüklər. |
Atalar sözü ID - 3059Ölər Koroğlu, getməz bu yerdən. |
Atalar sözü ID - 3060Ölmə eşşəyim, ölmə, yaz gələr yonca bitər. |
Atalar sözü ID - 3061Ölmək ölməkdir, xırıldamaq nə deməkdir?! |
Atalar sözü ID - 3062Ölmüş eşşəyi axtarır nalını çıxartmağa. |
Atalar sözü ID - 3063Ölmüş inək südlü olar. |
Atalar sözü ID - 3064Ölü dağı çəkilər, diri dağı çəkilməz. |
Atalar sözü ID - 3065Ölü dərdi dərd olmaz, haray dirinin dərdidi. |
Atalar sözü ID - 3066Ölü kimi ölginən, mürdəşir kimi yuyum. |
Atalar sözü ID - 3067Ölü mənimdi, ayağını yeyirəm. |
Atalar sözü ID - 3068Ölü öldü, diriyə dirilik gərək. |
Atalar sözü ID - 3069Ölüdən şeytan da əl çəkib. |
Atalar sözü ID - 3070Ölülər elə bilir, dirilər halva yeyirlər. |
Atalar sözü ID - 3071Ölüm haqq, miras halal. |
Atalar sözü ID - 3072Ölüm qaşla göz arasındadır. |
Atalar sözü ID - 3073Ölüm var ölüm kimi, ölüm var zülüm kimi. |
Atalar sözü ID - 3074Ölüm-dirim bizim üçündür. |
Atalar sözü ID - 3075Ölümdən başqa hər şeyə çarə var. |
Atalar sözü ID - 3076Ölümü görəcəksən ki, bayılmağa da razı olasan. |
Atalar sözü ID - 3077Ölümün atı çaparaq olar. |
Atalar sözü ID - 3078Ölünü öz xoşuna qoysan, vurar kəfəni batırar. |
Atalar sözü ID - 3079Ölünün böyüyü kiçiyi olmaz. |
Atalar sözü ID - 3080Ölüsü olan bir gün ağlar, dəlisi olan hər gün ağlar. |
Atalar sözü ID - 3081Ölüsü ölən kiridi, yasa gələn kirimədi. |
Atalar sözü ID - 3082Ömür qarısa da, könül qarımaz. |
Atalar sözü ID - 3083Ördək qaz yerişi yeriyəndə paçası aralı qalar. |
Atalar sözü ID - 3084Örkən nə qədər uzun olsa, yenə dolanar doğanaqdan keçər. |
Atalar sözü ID - 3085Örtülü bazar - dostluğu pozar. |
Atalar sözü ID - 3086Öyrənən ağız çərəzsiz qalmaz. |
Atalar sözü ID - 3087Öyrənməyə ar olmaz. |
Atalar sözü ID - 3088Öyündə yox urvalıx, könlündən keçir koyxalıx. |
Atalar sözü ID - 3089Öz çörəyini özgə süfrəsində yemə. |
Atalar sözü ID - 3090Öz daş-tərəzisiynən çək. |
Atalar sözü ID - 3091Öz evində başın bağlaya bilməz, özgə evində gəlin başı bağlar. |
Bu səhifə dəfə baxılıb