İzahlı lüğət

KOTANGENS (ID - 22010)

[lat. co və tangens] Triqonometriyada: əlavə bucağın tangensi.

KOTANLAMA (ID - 22011)

"Kotanlamaq” dan f.is.

KOTANLAMAQ (ID - 22012)

f. Kotanla yer şumlamaq, yer sürmək. Sahəni kotanlamaq.

KOTANLANMA (ID - 22013)

“Kotanlanmaq” dan f.is.

KOTANLANMAQ (ID - 22014)

məch. Kotanla şumlanmaq, sürülmək. Tarla kotanlandı.

KOTANLATMA (ID - 22015)

"Kotanlatmaq” dan f.is.

KOTANLATMAQ (ID - 22016)

icb. Kotanla yeri şumlatmaq, sürdürmək. Əkin yerini kotanlatmaq.

KOTLET (ID - 22017)

[fr.] Döyülmüş və ya əzilmiş ətdən (bəzən balıqdan) girdə, ya uzunsov yastı şəkildə hazırlanan yemək. Ət kotleti. Balıq kotleti. Toyuq kotleti. Kotlet bişirmək. [Mirzə Mahmud:] Mənim üçün, deginən, kotlet versinlər. Ə.Haqverdiyev....

KOTLETLİK (ID - 22018)

sif. Kotlet üçün yarayan, kotlet bişirmək üçün. Kotletlik ət.

KOTMUL (ID - 22019)

sifl məh. Çox işlənməkdən yeyilmiş (süpürgə haqqında). Kotmul süpürgə.

KOTMULLANMA (ID - 22020)

"Kotmullanmaq” dan f.is.

KOTMULLANMAQ (ID - 22021)

f Kotmul olmaq. Süpürgə kotmullanıb.

KOTTEC (ID - 22022)

[ing.] Şəhər kənarında, fəhlə qəsəbəsində və s.-də birailəlik kiçik ev. Kottecdə yaşamaq. - Uzaqdan sıralanmış qutulara oxşayan, yaxınlaşdıqca böyüyən kotteclər lap sahildə idi. Mir Cəlal.

KOTTON (ID - 22023)

is. [fr.] Trikotaj və corab toxuyan maşın.

KOTUL (ID - 22024)

sif. 1. Kobud, nəzakətsiz.
Kök, dolu.

KOV (ID - 22025)

is. dan. Hesab, şərt. □ Kov deyil hesab deyil, hesabdan deyil, sayılmır.

KOVERKOT (ID - 22026)

[ing. covertcoat] 1. Üst paltarlıq bahalı yun parça növü. 5 metr koverkot. Koverkotdan kostyum tikdirmək.
2. Bu parçadan tikilmiş. [Tələbəm] üçüncü gün koverkot kostyumla sarı tufli geymişdi. Qantəmir. Indi onun əynində bahalı...

KOVXA (ID - 22027)

b a x kətxuda. Kovxanı gör, kəndi çap. (Ata. sözü). [Divanbəyi:] Ey kovxa, sən o şəyatin yığıncağına rast gələn uşaqları tanıyırsanmı? M.F.Axundzadə. Müxtəsərin deyir Aşıq Ələsgər; Kovxanın, kattanın zatı çıxıbdı....

KOVXALIQ (ID - 22028)

is. tar. 1. Bax kətxudalıq.
Bir kovxaya tabe olan ərazi, yer. Kəlbalı on beş ildən artıq idi ki, dönmədən bir dabana bu kovxalıqda yasavulluq edirdi. S.Rəhimov.
məc. Böyüklük, ağalıq. Özgə evində kovxalıq etmə! (Ata....

KOVKƏB (ID - 22029)

is. [ər.] klas. Ulduz. Bixab qaldı kovkəbə nisbət bu gözlərim; Hər gecə özgə gözlərə uyxu gələr-gedər. Xətayi.

KOVROLİT (ID - 22030)

is. [rus.] Sintetik xalça (döşəmə üçün).

KÖBƏ (ID - 22031)

is. 1. Paltarın yaxasına, qoluna, ətəyinə və s.-yə başqa parçadan tikilən ensiz haşiyə və s. Birisi soruşurdu: - Çəhrayı paltara yaşıl köbə qoysan necə olar? Ə.Vəliyev.
dan. Ümumiyyətlə, bir şeyin ətrafına çəkilən...

KÖBƏCİ (ID - 22032)

is. Köbə tikməklə məşğul olan adam, köbə tikən tikişçi.

KÖBƏLƏMƏ (ID - 22033)

"Köbələmək” dən f.is.

KÖBƏLƏMƏK (ID - 22034)

f 1. Köbə tikmək, köbə vermək.
2. Haşiyə vermək, haşiyəyə almaq; haşiyələmək.

KÖBƏLƏNMƏ (ID - 22035)

"Köbələnmək” dən f.is.

KÖBƏLƏNMƏK (ID - 22036)

məch. 1. Köbə tikilmək, köbə verilmək, köbə qoyulmaq. Paltarın yaxası köbələnib.
2. Köbəyə alınmaq, haşiyə verilmək; haşiyələnmək. Hərflərin kənarı qalın dodaq kimi köbələnmişdi. B.Bayramov.

KÖBƏLƏTMƏ (ID - 22037)

“Köbələtmək” dən fis.

KÖBƏLƏTMƏK (ID - 22038)

icb. 1. Köbə verdirmək, köbə qoydurmaq, köbə tikdirmək. Köbə verdirmək, ətrafına köbə çəkdirmək; haşiyələndirmək.

KÖBƏLİ (ID - 22039)

sif. Köbəsi olan, köbə tikilmiş, köbə verilmiş. Köbəli paltar. Köbəli ayaqqabı.

KÖBƏLİK (ID - 22040)

sif Köbə üçün kəsilmiş, köbə üçün yararlı. Köbəlik lent (qaytan). Köbəlik parça.

KÖBƏR (ID - 22041)

KÖÇ (ID - 22042)

is. 1. Bir yerdən başqa yerə köçən adam qrupu, qafilə. Köç mənzil eləyib, heyvanları düzə buraxmışdı. Ə.Haqverdiyev. Ordu çapıb getmiş axar su kimi; Köçdən ayrı düşən bir quzu kimi. M.Rahim. □ Köç yolu - köçərilərin,...

KÖÇ-DÜŞ (ID - 22043)

bax köçəköç. [Taybuynuz öküzün] işi ələlxüsus çətinə düşür köç-düş zamanı. Məlumdur ki, bir az hava qızdı, tərəkəmə əhli aranda dayana bilməz. F.Köçərli.

KÖÇƏBƏ (ID - 22044)

sif Bir yerdə məskən salmayıb, daim yurdunu dəyişən; köçəri, bədəvi. Köçəbə adam. - Amma köçəbə tayfalar arasında... qudalıq əvəzinə nişanbazlıq adəti vardır. R.Əfəndiyev. // İs. mənasında. [Ahuramazda:] Divlərə xidmət...

KÖÇƏKÖÇ (ID - 22045)

is. Elliklə köçmə, köçmə işi. Köçəköç başlandı. Köçəköç vaxtı idi.

KÖÇƏL (ID - 22046)

is. məh. 1. Bax közəl. Xırmanın qabağında Kərbalının kürən atı bağlanmış, qabağına Maronun verdiyi dənli köçəl tökülmüşdü. S.Rəhimov.
2. Qarğıdalının dənələri çıxarıldıqdan sonra qalan hissəsi.

KÖÇƏRGİ (ID - 22047)

məh. bax köçəri.

KÖÇƏRİ (ID - 22048)

sif 1. Oturaq həyat keçirməyən, ev-eşiyi ilə daim bir yerdən başqa yerə köçən (oturaq ziddi). Köçəri tayfalar. Köçəri xalqlar. // is. mənasında. Bu cür həyat sürən adam. Cikkildəyir quşlar yuvalarında; Köçərilər durmuş...

KÖÇƏRİLİK (ID - 22049)

is. Köçəri həyat sürmə, köçəri həyat tərzi (oturaqlıq ziddi). Köçəriliyi tərk etmək.

KÖÇHAKÖÇ (ID - 22050)

bax köçəköç. [Şofer:] Bir gün payızın əvvəlləri, bağlardan köçhaköç vaxtı idi. M.Rzaquluzadə.

KÖÇ-KÜLFƏT (ID - 22051)

top. Ailə üzvləri, ata-ana, uşaqlar hamı birlikdə. Köç-külfəti yola salmaq. - Hacı düşməninin evinə çatır: Gəzir, görür köç-külfət bütün yatır. A.Səhhət. Köç-külfətlə bərabər; Ferma çıxdı dağlara. B.Vahabzadə.

KÖÇ(LÜ)-KÜLFƏTLİ (ID - 22052)

zərf Ailə üzvlərinin hamısı birlikdə, bir yerdə. Köçlü-külfətli yola düşmək. - Mayın axırında köçlü-külfətli Kislovodskiyə gedəndə, növbədənxaric [Hacı Əliqulu] bizə yeddi bilet düzəltdi. Qantəmir. Murad kişi isə,...

KÖÇMƏ (ID - 22053)

“Köçmək” dən f.is. Iranla xanlıq arasında etibar üçün Kiçikbəyimin Tehrana gəlin köçməsi vacib idi. Çəmənzəminli.

KÖÇMƏK (ID - 22054)

f 1. Yaşayış yerini dəyişmək, bir yerdən çıxıb başqa yerə gəlmək, daşınmaq. Təzə mənzilə köçmək. Şəhərdən kəndə köçmək. - Kazım dayı, Telligili köçdülər; Deyə, bir səs onu həmən ayıltdı.. M.Müşfiq.
İqlim,...

KÖÇÜRDÜLMƏ (ID - 22055)

“Köçürdülmək” dən f.is.

KÖÇÜRDÜLMƏK (ID - 22056)

“Köçürmək” dən məch.

KÖÇÜRMƏ (ID - 22057)

“Köçürmək” dən f.is.

KÖÇÜRMƏK (ID - 22058)

f 1. Birinin yaşayış yerini dəyişdirmək, bir yerdən başqa yerə daşındırmaq. Ailəni yaylağa köçürmək. Bağa köçürmək. - Alyoşa isə, öz düşərgəsini həmin dəyədən çıxarıb, daha dərinlərə.. köçürmüşdü. S.Rəhimov....

KÖÇÜRTMƏ (ID - 22059)

"Köçürtmək” dən f.is.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed