İzahlı lüğət

KATİBLİK (ID - 20460)

is. 1. Katib vəzifəsini aparma. Ilk təşkilat işlərini aparmaq üçün Abdulla 0aiq, Salman Mümtaz və məndən ibarət olan üçlük təşkil edilmişdi. Katiblik mənim öhdəmə buraxılmışdı. A.Səhhət. Hər hansı bir təşkilatın, idarənin...

KATOD (ID - 20461)

[yun. kathodos] fiz. Mənfi yüklü elektrod (anod əksi). □ Katod lampası elektromaqnit titrəyişləri əmələ gətirmək, yaxud onları gücləndirmək üçün cihaz.

KATODLU (ID - 20462)

sif. Katodu olan. Katodlu lampa.

KATOLİK (ID - 20463)

[lat. əsli yun. ] Katoliklərə, katolisizmə aid olan, mənsub olan. Katolik keşişi. Katolik məzhəbi. - ..Katolik kilsəsində hətta ibadəti də musiqi səsi ilə əmələ gətirirlər. C.Məmmədquluzadə.

KATOLİKLİK (ID - 20464)

is. Katolik məzhəbinə mənsub olma, katolisizmə mənsubiyyət; katolisizm.

KATOLİKOS (ID - 20465)

[yun.] Kilsə başçısının (patriarxının) titulu.

KATOLİSİZM (ID - 20466)

[yun.] Başında Roma papası duran qərbi xristian məzhəbi.

KATORQA (ID - 20467)

is. [yun.] tar. 1. Son dərəcə sərt bir şəraitdə ağır icbari iş, sürgün və həbs şəklində verilən cəza, habelə sürgün edilmiş cinayətkarlar üçün icbari iş yeri. Katorqaya məhkum edilmək. Katorqaya göndərilmək. Katorqadan...

KATTA (ID - 20468)

is. dan. bax kətxuda. Kattanı gör, kəndi çap. (Ata. sözü). Müxtəsərin deyir Aşıq Ələsgər; Koxanın, kattanın zatı çıxmışdı. Aşıq Ələsgər. Bu [şəxs] Danabaş kəndinin kattası Xudayar bəydi. C.Məmmədquluzadə. Katta danışmaq...

KATTALIQ (ID - 20469)

dan. bax kətxudalıq. İndi iki il olar ki, Xudayar bəy Danabaşda kattalıq eləyir. C.Məmmədquluzadə.

KATYUŞA (ID - 20470)

[rus. xüs. addan] dan. 1941-1945-ci illər Böyük Vətən müharibəsi zamanı avtomobildə qurulmuş reaktiv minaatan silahın zarafatyana adı. Mən od-alov yağdırdım katyuşatək dilimdən. S.Rüstəm.

KAUÇÜK (ID - 20471)

[ing. əsli isp.] Bəzi tropik bitkilərin şirəsindən, yaxud zavod üsulu ilə süni alınan elastik maddə (bu maddədən rezin istehsal edilir). Təbii kauçuk. Sintetik kauçuk. Kauçuk zavodu. // Kauçukdan qayrılmış. Kauçuk boru.

KAUÇUKLU (ID - 20472)

sif. Tərkibində kauçuk olan. Kauçuklu bitkilər.

KAUSTİK (ID - 20473)

sif. [yunancadan] kim. Yeyici, yandırıcı. Kaustik maddələr. □ Kaustik soda - sabun istehsalında, toxuculuq işlərində tətbiq edilən kimyəvi maddə.

KAVALER1 (ID - 20474)

[fr. cavalier] köhn. Qadınla birlikdə rəqs edən, yaxud cəmiyyətdə, qonaqlıq və s.-də onu məşğul edən, əyləndirən kişi. ..Kavalerlər cürətlənib xanımların yanında yer tutdular. Puşkindən. // köhn. Pərəstişkar.

KAVALER2 (ID - 20475)

[lat.] Hər hansı bir ordenlə təltif olunmuş adam. Kutuzov ordeni kavaleri.

KAVALERLİK (ID - 20476)

is. Kavaler olma (bax kavaler). Kavalerlik etmək. - [Əsgər bəy:] Bəli, sənin kavalerliyinə söz yoxdur. Ə.Haqverdiyev.

KAVATİNA (ID - 20477)

[ital.] mus. Operada: kiçik lirik ariya. Məhz operaya xas olan ayrı-ayrı formalara daha çox müraciət edilir: məsələn, ariya, ariozo, kavatina. Ə.Bədəlbəyli.

KAVERNA (ID - 20478)

[lat.] tib. Xəstəlik üzündən canlı orqanizm toxumalarının dağılması nəticəsində bədən üzvlərində (məs.: vərəm xəstəliyində ciyərdə) əmələ gələn boşluq.

KAVERNALI (ID - 20479)

sif. tib. Kavernası olan (bax kaverna). Kavernalı ciyər.

KAYUT(A) (ID - 20480)

[holl.] Gəmilərdə sərnişinlər və ya komanda heyətinə mənsub şəxslər üçün ayrıca otaq. [Ağaverdi qəzeti] eləcə kayutunda buraxıb vaxta gedir. S.Hüseyn. Kəyan buradan uzaqlaşıb, öz bölüyünün yerləşdiyi kayuta yönəldi....

KAZAK (ID - 20481)

1. tar. XV-XVII əsrlərdə Rusiyada: feodal və mülkədarların zülmündən ucqarlara (Don, Yaik, Zaporojye) qaçıb azad olmuş təhkimli kəndlilərə, nökərlərə və şəhər yoxsullarına mənsub adam. XVI əsrdə rus dövlətinin hüdudunda,...

KAZAKXANA (ID - 20482)

is. köhn. Kazakların yaşadığı qışla, kazarma. Kazak zabitləri tək-tək, cüt-cüt kazakxanaya gəlməyə başladılar. P.Makulu.

KAZAKLIQ (ID - 20483)

is. tar. Kazakın işi, məşğuliyyəti (bax kazak 2-ci mənada).

KAZARMA (ID - 20484)

[fr. əsli ital.] Hərbi hissələri yerləşdirmək üçün xüsusi bina; qışla. Əsgər kazarması. // köhn. Fabrik və ya zavod yanında fəhlələr üçün ümumi yataqxana. Fəhlə kazarmaları çox çirklidir, darısqaldır. Bir kiçik kazarmada...

KAZEİN (ID - 20485)

[lat.] kim. Süd çürüdükdə onun tərkibində əmələ gələn mürəkkəb zülali maddə (kəsmik və pendirlərin əsas tərkib hissəsi). // Noxudun, soyanın tərkibində olan zülal maddəsi. □ Kazein boyası - tərkibində kazein olan müxtəlif...

KAZİNO (ID - 20486)

[ital.] Şəhər kənarında və kurortlarda restoranları, qumarxanaları olan kef yeri. O gecə Əşrəf Əhmədi də özü ilə bərabər kazinoya aparmışdı. A.Şaiq. ..Lütfəli də fürsəti fövtə verməyib [Cəlilə] dedi ki, dur gedək kazinoya,...

KE (ID - 20487)

“K” hərfinin və bu hərflə işarə olunan samitin adı.

KECİNMƏK (ID - 20488)

bax geyinib-kecinmək. Aşıq Cünun geyindi, kecindi, pul götürdü, qızıl götürdü, sazını da çiyninə salıb yola düzəldi. “Koroğlu”. [Nəriman:] Sən demə [qız] geyinirmiş, keçinirmiş. Mir Cəlal.

KEÇDİ-KEÇDİ (ID - 20489)

is. Qaçış yarışı (uşaq oyunu). Keçdi-keçdi oynamaq.

KEÇƏ (ID - 20490)

1. is. Yunu döyüb basmaqla hazırlanan sıx qalın material. Keçə parçası. Alaçıq keçəsi. [Dərviş:] Ruqiyyə bir köhnə keçə üstündə, bir köhnə cırıq kilimdə yatırdı. A.Divanbəyoğlu. Göyçək bacı sevincək halda eyvana naxışlı...

KEÇƏATAN, KEÇƏBASAN (ID - 20491)

bax keçəçi
-ci mənada.

KEÇƏBİÇƏN (ID - 20492)

is. Keçəni biçib, müxtəlif şeylər hazırlayan usta.

KEÇƏCƏK (ID - 20493)

is. dan. 1. Keçmiş zaman, keçmiş (gələcək əksi). [Şamama Cadu:] Adına qurban olum, xanım, başına dönüm, keçəcəyini pis görürəm, amma gələcəyin yaxşıdır. Ə.Haqverdiyev. ..Millətin keçəcək və istiqbalını, nicat və səadətini...

KEÇƏÇİ (ID - 20494)

is. 1. Yundan keçə hazırlayan,
keçə atan usta; keçəatan, keçəbasan. [Keçmişdə] Bakıda ümumiyyətlə peşəkarlar:
keçəçi, dabbağ, dərzi.. və sairə çox olardı. H.Sarabski.
2. Keçə hazırlanan və satılan dükan və...

KEÇƏÇİLİK (ID - 20495)

is. Keçəçinin sənəti, peşəsi, məşğuliyyəti. [Şah:] Maldan, mülkdən qəni bir padşah; Keçəçilik sənətin etmiş özünə bir pənah! Ü.Hacıbəyov.

KEÇƏXANA (ID - 20496)

b a x keçəçi 2-ci mənada.

KEÇƏL (ID - 20497)

sif. 1. Baş dərisinin xəstəliyi nəticəsində başının tükü tökülmüş. Keçəl adam. Keçəl uşaq. // Is. mənasında. Başı keçəl olan adam. Keçəl suya gedən deyil. (Məsəl).
is. Tüksüz başın vəziyyəti, görünüşü. Uzunsov...

KEÇƏLBAŞ (ID - 20498)

sif. Başı keçəl (daz) olan. Keçəlbaş oğlan.

KEÇƏLƏKƏRKƏS (ID - 20499)

is. zool. Dağlıq yerlərdə yaşayan, leş və cəmdək yeyən şığıyıcı, caynaqlı quş; toğlugötürən, kərkəs.

KEÇƏLƏŞDİRMƏ (ID - 20500)

“Keçələşdirmək” dən f.is.

KEÇƏLƏŞDİRMƏK (ID - 20501)

f. Keçə kimi etmək, tüklərini bir-birinə qarışdırmaq; codlaşdırmaq.

KEÇƏLƏŞMƏ (ID - 20502)

“Keçələşmək” dən f.is.

KEÇƏLƏŞMƏK (ID - 20503)

f. Tükləri bir-birinin içinə girib, keçə kimi olmaq, keçə kimi ayrılmaz olmaq, yapıxmaq; codlaşmaq.

KEÇƏLƏT (ID - 20504)

is. məh. Keçmə, addama yeri. Arxın (çayın) keçələti.

KEÇƏLLƏMƏ (ID - 20505)

“Keçəlləmək” dən f.is.

KEÇƏLLƏMƏK (ID - 20506)

bax keçəlləşmək. Quraqlıqdan ağaclar keçəlləmişdir.

KEÇƏLLƏŞMƏ (ID - 20507)

“Keçəlləşmək” dən f.is.

KEÇƏLLƏŞMƏK (ID - 20508)

f 1. Baş dərisinin xəstəliyi nəticəsində başının tükü tökülmək, keçəl olmaq. // Dazlaşmaq, daz olmaq.
məc. Ot bitməmək, daz olmaq; çılpaqlaşmaq.

KEÇƏLLƏŞMİŞ (ID - 20509)

f.sif. Keçəl olmuş, başının tükü tökülmüş. // məc. Dazlaşmış, çılpaqlaşmış. - Tula keçəlləşmişdi, adda-budda yerlərdə belinin tükü tökülmüşdü. İ.Məlikzadə.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed