İzahlı lüğət

TƏHƏR

[ər. tövr-dən] 1. is. Cür, üsul, qayda, yol. Nə təhər adamdır? Bu təhər hərəkət etmək olmaz. - [At] dilə gəlib dedi: - Padşah bir uzun örkən, bir də poladdan bir bıçaq qayıtdırsın, sonra mən sənə təhərini deyərəm. (Nağıl). □ Təhərini bilmək - qaydasını, yolunu bilmək, necə hərəkət edəcəyini bilmək. ..Tacirlərəyanaşmağın təhərini bilmək lazımdır. M.S.Ordubadi. [Hümmət Qarakişiyə:] [Yusif] elə ki işləmədi, onda təhərini bilirəm. B.Bayramov. Bu təhər - bu qayda ilə, bu yolla, bu cür, beləliklə. Bu təhər Şaqqulu sabahı gün qızı görüb aşıqladı və səbirsiz toyu gözləyirdi. Çəmənzəminli.
qoş. Kimi, bənzər, oxşar. Atası təhəri hündürboydur. - Qoca usta yerindəcə doğrulub Paşanı qucaqlayanda Nisa təhəri ağlamadı. M.Hüseyn.
Bax təhər-töhür.
is. dan. İmkan, həvəs, arzu. Onlara getməyə təhərim yoxdur. - Varsa qaçaqların əgər təhəri; Kəssinlər hər yandan əyri yolları. H.K.Sanılı.
...təhər mürəkkəb sifətlərin ikinci tərkib hissəsi olub təxminlik bildirir - ...kimi, azacıq..., bir az... Qırmızıtəhər rəng. Acıtəhər dad. - Bu hibridin meyvələri şirin və bir qədər turştəhər olub çox dadlıdır. M.Axundov.
□□ Təhər çəkmək - yoluna qoymaq, həll etmək, tədbir görmək, çarə çəkmək, əncam çəkmək. [Sərvər:] ..Sən atana deyinən ki, özün bilərsən. Sonra sənin işin yoxdur. Mən bu işə təhər çəkmişəm. Ü.Hacıbəyov. [Safo:] Alo əmi, Allah bu işlərə təhər çəkməyəcəkdir. S.Rəhimov. Təhərdən çıxarmaq - xarab etmək, korlamaq. [Münəvvər xanım Rzaqulu xana:] Cəmi təqsirlər səndədir ki, ayda yüz tümən pul verib, uşaqları təhərdən çıxarırsan. M.S.Ordubadi. Təhərdən çıxmaq - adi, təbii görkəmini itirmək, pis şəklə düşmək, xarab olmaq. Minlərcə biletsiz sərnişinlərin şinellərində gətirdiyi tozdan və çəkmələrindəki palçıqdan pilləkənlər, göyərtələr təhərdən və şəkildən çıxmışdı. Ə.Əbülhəsən. Təhərə düşmək - normal şəklə düşmək, adi, təbii halını almaq, qaydaya düşmək. Təhərə salmaq normal şəklə salmaq, adi, təbii halına salmaq, qaydaya salmaq. Təhərim yoxdur - istəmirəm. Qonaqların yanında qızarmağa təhərim yoxdur. Mir Cəlal. Təhərini pozmadan təbii halını pozmadan, etidalını pozmadan, həmişə olduğu kimi, həmişəki kimi. Ataş təhərini pozmadan cavab verdi. Ə.Vəliyev. Aslan təhərini pozmadan gülümsündü. S.Vəliyev. Bir təhər olmaq - bax bir.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed