İzahlı lüğət

MÜSƏLLA

is. [ər.] din. 1. Müsəlmanlarda: cənazə namazı qılmaq üçün məscid yanında xüsusi yer; namazgah, namaz yeri.
2. Keçmişdə: şiddətli quraqlıq zamanı açıq yerə toplaşıb elliklə dua edərək Allahdan yağış istəmə ayini. □ Müsəllaya çıxmaq keçmişdə: elliklə dua edərək Allahdan yağış istəmək. Çox quraqlıq keçirdi bipayə; Xəlq çıxmışdılar müsəllayə. A.Səhhət. ..Birpara yerlərdə camaat müsəllaya çıxıb, Allahdan yağış istəyib. C.Məmmədquluzadə. [Ərən:] Dəfələrlə müsəllaya çıxılırsa da, göydən yerə bir damla belə düşmür. Çəmənzəminli.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed