İzahlı lüğət

MƏQBƏRƏ

is. [ər.] 1. Qəbirlərin üzərində xüsusi tikili; türbə, mavzoley. Nizami məqbərəsi. - Böyük şair taxt-rəvandan düşüb, birbaş Azərbaycan şairi Xaqaninin məqbərəsinə gəldi. M.S.Ordubadi. Dünyada sənətin yeddi ecazından biri olan Tac Mahal məqbərəsi də buradadır. M.İbrahimov.
2. Məzarlıq, qəbiristan. Baxmadı oğrusu gedər nərəyə; Özü ancaq yüyürdü məqbərəyə. M.Ə.Sabir. Şairin əmrinə görə onun təxtrəvanını sürənlər birbaş Surxab məhəlləsindəki şairlər məqbərəsinə tərəf gedirdilər. M.S.Ordubadi.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed