İzahlı lüğət

İSTİGFAR

is. [ər.] din. Allaha yalvararaq günahlarının bağışlanmasını istəmə, “əstəğfürullah” deyərək peşmanlığını bildirmə, tövbə etmə. □ İstiğfar etmək (qılmaq) - Allaha yalvararaq günahlarının bağışlanmasını istəmək, “əstəğfürullah” deyərək tövbə etmək. [Molla Zaman:] Istiğfar elə, arvad, istiğfar elə, günaha batdın. Ə.Haqverdiyev. Bu minval ilə günahkar muzdur özünün bəd əməlindən peşman olub, istiğfar edə-edə yerindən qalxdı. S.M.Qənizadə. Istiğfar eylə, adam ağzına gələni danışmaz. H.Nəzərli.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed