İzahlı lüğət

İBARƏ

is. [ər.] 1. Kəlam; iki və ya bir neçə kəlmədən ibarət tərkib. Gözlüyümü gözümə taxıb bir yerindən bu ibarəni çətinliklə oxuya bildim. C.Məmmədquluzadə. ..Birparça əlfaz və ibarələri cənab mütərcim eyni ilə rusdan türk lisanına tərcümə etməkləri ilə əsil mənanı dolaşdırıb çətinə salıbdır. F.Köçərli. Vəkilin hər sözü, hər ibarəsi; Bir tikan çıxarır onun qəlbindən. B.Vahabzadə.
Qəliz, təmtəraqlı, əksərən mənasız, boş söz, ifadə. Ibarələr dolu kimi yağar onun ağzından; Otuz dəfə məhəbbətə düçar olmuş azından... S.Vurğun. Əhyələrdə gecə yarısı avam camaat məscidlərə dolub, mollanın ərəbcə dediyi anlaşılmaz ibarələrini dinlər, sonra hər kəs evinə qayıdardı. H.Sarabski. □ Ibarə satmaq - qəliz, təmtəraqlı danışmaq.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed