İzahlı lüğət

İNAD

1. sif Əsassız olaraq dediyini yeritməyə çalışan, heç bir güzəştə getmək istəməyən; tərs, höcət. İnad adam. İnad xasiyyət. - [Qulu] xəsis, tamahkar, heç bir şeyə güzəştə getməyən, tərs və inad bir adam idi. A.Şaiq. [Böyükxanım:] Bax, özün bil, teleqram edərəm gəlsinlər! Amma Qulam xan da inadın birisidir. M.S.Ordubadi. □ İnad etmək (eləmək) - 1) sözünün üstündə durmaq, israr etmək, sözündən geri çəkilməmək; 2) tərslik etmək, höcət göstərmək, öz dediyini yeritməyə çalışmaq. Gülsəhər inad eləyir, Dildar isə hədə-qorxu gəlirdi. Ə.Vəliyev. İnad göstərmək - əzmli olmaq, dəyanət göstərmək, əzmindən dönməmək, sözünün üstündə durmaq, dediyindən əl çəkməmək. Doktor Qəbzi bəy yay zamanı Xansaray yaylağına gəlməməkdə elə bir inad göstərdi ki, hətta onun öz yavuq qohum-əqrəbası da bu işə məəttəl qalmışdılar. C.Məmmədquluzadə. İnad yeritmək - b a x inad etmək. [Həmzə:] [Səriyyə] də bizim ilə inad yeritsə, onda gərək bizəpapaq haram olsun. C.Cabbarlı. İnada durmaq - bax inad etmək. İnada düşmək - acığa düşmək, tərslik etmək, tərsliyi tutmaq. ..Əgər mənim uşaqlarımın biri inada düşüb, məni qəsd ilə incitmək istəyir, qoy burada bir söz deməyim.. Məmmədquluzadə. İnadı yerə qoymaq - inadından, tərsliyindən əl çəkmək, razı olmaq. [Hacı:] Sən olasan Allah, ay Sərdar, dedi, - bu inadı yerə qoy, bu işlərə bir əncam çək! P.Makulu. // Is. mənasında. İnad adam, tərs adam, höcət adam. Gülsabahın atası çox inad adamdı. Ə.Vəliyev. [Əhməd:] Hacı, inadı var, xahiş eləyərsən, oxumaz. Nə illah eləyirsən, oxumayanda oxumaz! Inaddı! Mir Cəlal.
is. Əzm, dəyanət, səbat; əzmindən dönməmə. Belə hadisələr bizim inadımızı daha da artırmalıdır. H.Nəzərli. Yerli əhalinin inadından .. qəzəblənmiş şah vəziri Taygöz Yusifi çağırıb kimsəyə aman verməməyi ona əmr etdi. İ.Əfəndiyev. İnadla şəklində zərf - mətanətlə, əzmlə, səbatla. Inadla mübarizə etmək. - O deyir: - Mənimdir bu ana torpaq; Vuruşur inadla əlində yaraq. M.Rahim. ..Məhsuldar çöllər yorulmadan və inadla çalışan insanlarla doludur. M.İbrahimov. Tez-tez çay keçmək nə qədər yorucu olsa da, onlar inadla irəliləyirdilər. Ə.Vəliyev.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed