İzahlı lüğət

İMAM

is. [ər. ] 1. Müsəlmanlarda: camaat namazına başçılıq edən, habelə bir məhəllədə nikah, ölüm və s. dini işlərə baxan ruhani. Imamə ixtiyarın vermə, hərgiz uyma təkbirə: Özün kim faili-muxtarsan, biixtiyar olma. S.Ə.Şirvani. [Məşədi:] Bunun evini yıxıb, bu halətə salan imam oldu. Ə.Haqverdiyev. Mən sözümü qurtarmamışdım ki, məhəllənin imamı Şeyx Mirhadi içəri girdi. Qantəmir.
Məzhəb və ya təriqət başçısı. // Şiə məzhəbi başçısı sayılan Əli və onun övladlarına verilən ad. Imam üçün ağlayan gözdən olar. (Ata. sözü). [Molla Kazım:] Deyirlər, oruc nahaq, namaz nahaqdır. Imam təziyyəsi nahaqdır. Ə.Haqverdiyev. [Molla Xəlil:] Sən imamların bacılarını, qızlarını yadına sal, səbr elə!.. S.Hüseyn.
Bəzi kiçik ərəb dövlətlərində dövlət başçısı.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed