İzahlı lüğət

DÖVRAN

is. [ər.] 1. Zaman, zəmanə, dövr, vaxt, çağ. Doğru derlər, hər zaman bir aşiqin dövranıdır. Füzuli. O imiş xahişi əvvəl anın; Şair ayinəsidir dövranın. A.Səhhət. Azad bir dünyanın, böyük bir elin; Xoşbəxt bir dövranın övladıyıq biz. Ə.Cəmil.
Dövr; dövr etmə, dairəvi şəkildə cərəyan etmə, dolanma. Qan dövranı.
məh. Tale, qədər mənasında.
etnoqr. Toy məclislərində camaatın dövrə vurub oturması.
// Toyda və s.-də çalğıçılar, xanəndələr üçün camaatdan toplanan pul. [Toy] gecəsi oxuyub-çalandan sonra qaval gəzdirib dövran yığarlar. R.Əfəndiyev.
□□ Dövran dolanmaq - vaxt gəlib keçmək, başa çatmaq, dövr vurub qurtarmaq. Heç bilmədim dövran necə dolandı; Yandı cismim, atəşlərə qalandı. M.V.Vidadi. Bu dövran dolanıb, zəmanə dönə; Tanrının kərəmi olaydı mənə. Q.Zakir. Dövran etmək (eyləmək) - 1) dövr etmək, fırlanmaq, dövrəvi şəkildə hərəkət etmək. Damarlarda qan dövran edir. Su borularda dövran edir;
// məc. mənada. Hüsn içində görməmiş mislin fələk; Buncə dövranı ki, dövran eyləmiş. Nəsimi. Bu çərxi-fələk tərsinə dövran edir imdi. M.Ə.Sabir; 2) yayılmaq, intişar etmək, ağızdan-ağıza keçmək, dolaşmaq. Bir gün şəhərdə belə şayiələr dövran edirdi ki, guya üsulilər ilə şeyxilərin davası olacaq. Çəmənzəminli. Dövran qurmaq - büsat qurmaq, təntənə düzəltmək, şənlik düzəltmək. Çənlibeldə qurub dövran; Bir tutaydım toyun, Eyvaz! “Koroğlu”. Dövran sürmək - yaşamaq, həyat sürmək, həyat keçirmək, gün keçirmək. ..Hər məhəllənin xalqı xüsusi bir yolla dövran sürürdü. N.Nərimanov. Ağayar həyatda çox yaxşı günlər görmüş, gözəl dövranlar sürmüşdü. Ə.Əbülhəsən. Orada neçə yüz, neçə min insan; Yaşayıb, yaradıb, dövran sürəcək. Z.Xəlil. Dövran vurmaq - dövrə vurmaq, dövrə gəzmək, dövrə vurub gəzmək. Qurbani dövran vurub, saz döşündə gördü ki, Pəri xanım pəncərənin lap qabağına gəlib. “Qurbani”.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44

DON

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed