İzahlı lüğət

BOŞLUQ

is. 1. Boş yer, boş sahə. Bura başdan-başa boşluqdur. - Sahil boyu seyrək meşəlik və əngin bir boşluq idi. S.Rəhimov.
// Məsamə, xırda deşik, oyuq. Külli miqdarda neft və qaz, yalnız böyük həcmdə boşluqları, yəni müəyyən, məsamələri olan süxurlarda yerləşir. Quliyev.
// məc. Fəza. Uçurur fikrimi boşluqlara, bax; Göyü xəncər kimi dümdüzyararaq. S.Vurğun.
anat. Bədəndə: ayrı-ayrı üzvlərin yerləşdiyi yer. Ağız boşluğu. Qarın boşluğu.
Boş şeyin halı; yumşaqlıq, kövrəklik (bərklik ziddi). Torpağın boşluğu. Qəndin boşluğu.
Sıyıqlıq, duruhallıq. Xəmirin boşluğu.
məc. dan. Ciddiyyətsizlik, laqeydlik, zabitəsizlik, zəiflik. 'Boşluq göstərmək. - [Gülməmməd:] Bəy, özün də boşluq eyləyibsən. Ə.Haqverdiyev.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44

BAH

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed