İzahlı lüğət

BİÇMƏK

f. 1. Taxılı, otu oraq, dəryaz, maşın və s. ilə kəsmək. Taxılı biçmək. Otu biçmək. Tarlanı biçmək. - Biz məgər bilmirik taxıl biçmək. S.Ə.Şirvani.
// məc. Götürmək, əldə etmək mənasında. Nə əkərsən, onu biçərsən. (Məsəl). Çün hər nə kim əkərsən, anı biçərsən, axır. Nəsimi.
Parçadan boya, bədənə görə paltar və s. kəsmək. Şalvar biçmək. Palto biçmək.
// Umumiyyətlə, kəsmək. Sıxır bədənimi bu kor fələyin; Əynimə biçdiyi don aşkar-aşkar. B.Vahabzadə.
məc. Qırxmaq. Sübhanverdizadə üzünü kəsə-kəsə, dəryazla ot biçən kimi, tüklərini bir növ ala-yarımçıq biçib qurtardı. S.Rəhimov.
məc. Kütləvi surətdə qırmaq, öldürmək, məhv etmək (bəzən “biçib-tökmək” şəklində işlənir). [Həmzət:] İldırımmisal qılıncı ilə düşmənləri biçib-tökür. M.Hüseyn.
Bəzi sözlərə qoşularaq, ifadələr düzəldilir; məs.: boğazmı biçmək, divan biçmək və s.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed