İzahlı lüğət

BƏLƏD

[ər.] 1. sifi Bir adam, iş və s. ilə yaxşı tanış olan: bilən, yetik. O bu yerlərə bələd adamdır. - [Gülbahar:] Dadaş, .. sən dediyin adamların heç birinə mən bələd deyiləm. C.Məmmədquluzadə.
□ Bələd olmaq - tanış olmaq, aşna olmaq, tanımaq, bilmək. [Bəkir:] Yola bələd olandan sonra elə bir ayağım burada olacaq. N.Vəzirov. [Zaman:] Amma indi özünüz arvadların
xasiyyətlərinə bələdsiniz. Ə.Haqverdiyev. Maral çoxdan bələd olduğu cığırla suya endi. M.Hüseyn.
2. is. bax bələdçi. Görünən yola nə bələd. (Ata. sözü). Aman lələ, yada düşdü vətənim; Bələd yoxdur göstərəydi yol mənə. Aşıq Kərəm.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed