İzahlı lüğət

ARAM

is. [fars.] Sakitlik, qərar, rahatlıq, dinclik, sükut; səbir, dözüm. Hənuz vəsldir, ey mah, yoxdur aramın; Nə növ bəs keçəcək mən fəqirə hicranın? S.Ə.Şirvani. Xudayar bəyin bu fikrə düşəndən bir dəqiqə aramı yoxdu. C.Məmmədquluzadə. [Sara Bəhrama:] Bir aydır sənsiz aramım yoxdur, dünya başıma dar olubdur. C.Cabbarlı.
□ Aram etmək (eləmək) - 1) sakit etmək, rahat etmək. Axund onu [Seyidi] bir növ aram edib evinə təklif etdi. Ə.Haqverdiyev; 2) sakit olmaq, rahat olmaq, dincəlmək. Sənsiz, ey can, könlüm aram eyləməz. Nəsimi. Aram olmaq - 1) sakit olmaq, rahat olmaq, qərar tapmaq; 2) səbir etmək. [Molla Qafar:] Kərbəlayı, bir aram ol. Bu saat məsələni qurtarmaq lazımdır. S.Rəhimov. Aram tutmaq (tapmaq) - sakit olmaq, rahat olmaq, qərar tapmaq, səbir etmək. Can neçün aram dutsun, həddən ötdü intizar. Xətayi. [Nuxalılar:] Ağa, sakit ol. Aram tut. Olacağa çarə yoxdur.. M.F.Axundzadə.
aram-aram zərf Yavaş-yavaş, asta-asta, aramla. Aram-aram danışmaq. Aram-aram oxumaq. Işi aram-aram gör. - Tabut gedir... Bu ağrıdan ürəklər də qana dönür; Cənazənin arxasınca aram-aram el sürünür. B.Vahabzadə.
aramla zərf Qaraca qız qalxıb aramla geyinməyə başladı. Sonra əl-üzünü yuyub, çay içməyə məşğul oldu. S.S.Axundov. “Mirzəyi” havasında bir vəzn ağır və aramla vurulur. Ə.Bədəlbəyli.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44

ARD

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed