Bolməyə aid atalar sözləri

Atalar sözü ID - 789

Dedi: atasın yadına salmaq istəmir!

Atalar sözü ID - 1062

Dabbaq sevdiyi dərini yerdən yerə vurar.

Atalar sözü ID - 1063

Dadanan dayanmaz.

Atalar sözü ID - 1064

Dadanandansan, qudurandan?

Atalar sözü ID - 1065

Dadananla quduranı saxlamaq olmaz.

Atalar sözü ID - 1066

Dadanıbsan dolmaya, o da ola, olmaya.

Atalar sözü ID - 1067

Dadımlıqdır, doyumluq deyil.

Atalar sözü ID - 1068

Dadlı söz - can arzusu, dadsız söz - baş ağrısı.

Atalar sözü ID - 1069

Dadmamısan qaz ətini, nə bilirsən ləzzətini?

Atalar sözü ID - 1070

Dadsız aşa duz neyləsin, ağılsız başa söz neyləsin.

Atalar sözü ID - 1071

Dağ ağrı çəkdi, nə doğdu? - siçan.

Atalar sözü ID - 1072

Dağ başına qış gələr, iyid başına iş.

Atalar sözü ID - 1073

Dağ başında xırman qurma, sovurarsan, yel aparar.

Atalar sözü ID - 1074

Dağ başından duman əskik olmaz.

Atalar sözü ID - 1075

Dağ dağa qovuşmaz, adam adama qovuşar.

Atalar sözü ID - 1076

Dağ iti gəldi, bağ itin qovaladı.

Atalar sözü ID - 1077

Dağ quşu dağa yaraşar, bağ quşu - bağa!

Atalar sözü ID - 1078

Dağ ola, duman ola, qırmızı tuman ola, mən olmayım, sən olasan.

Atalar sözü ID - 1079

Dağa desən oğrudur, başını əyər.

Atalar sözü ID - 1080

Dağına baxar qar verər, bağına baxar bar verər.

Atalar sözü ID - 1081

Dağlar qarıynan, torpaq varıynan.

Atalar sözü ID - 1082

Dağlar nə qədər uca ola, üstündən yollar aşar.

Atalar sözü ID - 1083

Dağarcıq çörəyinən dolanan dövlət başına ip salmaz.

Atalar sözü ID - 1084

Dağarcıq çuvaldan böyük oldu?!

Atalar sözü ID - 1085

Daldan atan topuqdan vurar.

Atalar sözü ID - 1086

Dama-dama göl olar, dada-dada heç.

Atalar sözü ID - 1087

Damar-damar, daşı dələr.

Atalar sözü ID - 1088

Damcı inadıyla daş dələr.

Atalar sözü ID - 1089

Damara baxarlar, qan alarlar.

Atalar sözü ID - 1090

Damazlığını yeyən tamarzı qalar.

Atalar sözü ID - 1091

Dan yerindən çıxan gün dəysin oynaşıma, bulud altından çıxan gün dəysin ərimə.

Atalar sözü ID - 1092

Dana böyüyər, amma çulu böyüməz.

Atalar sözü ID - 1093

Dana oynar, mıxını bərkidər.

Atalar sözü ID - 1094

Danışana dil vermir, yeriyənə yol.

Atalar sözü ID - 1095

Danışıqlı söz dağlar aşar.

Atalar sözü ID - 1096

Danışmaq dananı qurda verər.

Atalar sözü ID - 1097

Danışmaq qızıl olsa, danışmamaq gümüşdür.

Atalar sözü ID - 1098

Darayı, səni geyər hər ayı!

Atalar sözü ID - 1099

Darğa əmim, daha nə qəmim!

Atalar sözü ID - 1100

Darıya girən donuz payanı özünə qəbul eylər.

Atalar sözü ID - 1101

Daş atan bəlli, baş tutan bəlli.

Atalar sözü ID - 1102

Daş daşa, dırnaq daşa, siz savaşa, biz tamaşa.

Atalar sözü ID - 1103

Daş daşa söykənər - divar olar.

Atalar sözü ID - 1104

Daş düşdüyü yerdə ağır olar.

Atalar sözü ID - 1105

Daş qayaya rast gəlib.

Atalar sözü ID - 1106

Daşa mıxı çaxanda biri mıxa, üçü özünə dəyər.

Atalar sözü ID - 1107

Daşın böyüyü dostdan (yaxından) gəlir.

Atalar sözü ID - 1108

Daşürəkli düşmənin bağrın yarar yumşaqlıq.

Atalar sözü ID - 1109

Dava darlıqdan çıxar.

Atalar sözü ID - 1110

Dava ilə yas qarımaz.

Bu səhifə dəfə baxılıb

......