Bolməyə aid atalar sözləri

Atalar sözü ID - 1111

Davaçın xan olsa Allah dadına yetsin.

Atalar sözü ID - 1112

Davada ağac ortadakına dəyər.

Atalar sözü ID - 1113

Davada halva paylamazlar.

Atalar sözü ID - 1114

Davalı söz baş yarar, doğru söz daş.

Atalar sözü ID - 1115

Davalı yerdə ot bitməz.

Atalar sözü ID - 1116

Davanın çeşnisi cidaldı.

Atalar sözü ID - 1117

Davasını bilməyənə şahid olma.

Atalar sözü ID - 1118

Dayanan su tez iyiyər.

Atalar sözü ID - 1119

Dayçanı bir vurarsan, iki sıçrar.

Atalar sözü ID - 1120

Dayı görməyib, elə bilir Şahqulu da bir dayıdır.

Atalar sözü ID - 1121

Dazın saznan yatdığı, sazın da təpik atdığı.

Atalar sözü ID - 1122

Dedi xacəyəm, dedi neçə oğlun var.

Atalar sözü ID - 1123

Dedik bir ağız ağla, demədik elləri başımıza yığ.

Atalar sözü ID - 1124

Dedilər: Əzrayıl uşaq paylayır.
Dedi: - Özününkü özünün olsun, mənimkinə dəyməsin.

Atalar sözü ID - 1125

Dedilər: Molla, aş aparırlar. Dedi: - mənə nə.
Dedilər: - Sizə aparırlar. Dedi: - sənə nə!

Atalar sözü ID - 1126

Dedim bir ağız ağla, demədim elləri güldür bizə.

Atalar sözü ID - 1127

Dediyindən dönsən, el dönər səndən, dediyini tutsan, el tutar səndən.

Atalar sözü ID - 1128

Demədiyin sözün ağasısan, dediyin sözün qulu.

Atalar sözü ID - 1129

Deməsən eşitməzsən.

Atalar sözü ID - 1130

Deyəcəyini fikir elə, sonra söylə.

Atalar sözü ID - 1131

Deyən Xalıx döyül, dedirən Xalıxdı.

Atalar sözü ID - 1132

Deyirəm - eldən ayıb, demənəm - yandı canım.

Atalar sözü ID - 1133

Deşikli muncuq yerdə qalmaz.

Atalar sözü ID - 1134

Dəbbədən yağ çıxar.

Atalar sözü ID - 1135

Dədələrin özü ölsə də, sözü ölməyib.

Atalar sözü ID - 1136

Dədəm bicdi, kündəni sayır, ciyim bicdi, kündədən kəsir.

Atalar sözü ID - 1137

Dədəm öldü ya vəlvələdən, ya zəlzələdən.

Atalar sözü ID - 1138

Dədəsi öldü, dedi: vaxtı çatıbdı, dəvəsi öldü, dedi: belim sındı.

Atalar sözü ID - 1139

Dədəsindən nə gül dərdim, balasından gülab çəkim?

Atalar sözü ID - 1140

Dədəsini görməyən şahlıq iddia eylər.

Atalar sözü ID - 1141

Dəli dəlidən xoşlanar, molla ölüdən.

Atalar sözü ID - 1142

Dəli dəlini görəndə çomağın belinə qısar.

Atalar sözü ID - 1143

Dəli dəliyə qoşular, dəyənək göydən yağar.

Atalar sözü ID - 1144

Dəli dostun olunca ağıllı düşmənin olsun.

Atalar sözü ID - 1145

Dəli dövran sürür, ağıllı vaxt gözlər.

Atalar sözü ID - 1146

Dəli ilə dövlətli - ikisi də bildiyin elər.

Atalar sözü ID - 1147

Dəli inək balasını çığnayar.

Atalar sözü ID - 1148

Dəli qız bir naxış bilər.

Atalar sözü ID - 1149

Dəli qız dayısından yaşınar.

Atalar sözü ID - 1150

Dəli qız deyər: anasız olaydım, bədəsil gəlin deyər: qaynanasız.

Atalar sözü ID - 1151

Dəli öküz gücün bilməz.

Atalar sözü ID - 1152

Dəli utanmaz, yiyəsi utanar.

Atalar sözü ID - 1153

Dəlicə qızdan dəlicə gəlin olar.

Atalar sözü ID - 1154

Dəlidən doğru xəbər.

Atalar sözü ID - 1155

Dəlilər dünyanı yedi, ağıllı indi cüt qoşur.

Atalar sözü ID - 1156

Dəlini apardılar toya, dedi: bura bizim evdən yaxşıdı!

Atalar sözü ID - 1157

Dəlinin başında qoz ağacı bitməz.

Atalar sözü ID - 1158

Dəlinin nə toyu olsun, nə yası.

Atalar sözü ID - 1159

Dəlinin yadına daş salma.

Atalar sözü ID - 1160

Dəliyə daş atma, öz başın yarılar.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed