Zəlzələ mühəndisliyi sahəsində dünyanın tanınmış mütəxəssisləri Bakıda bir araya gələcəklər

Aprelin 26-28-də Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) təşkilatçılığı ilə Bakıda “Seysmik dayanıqlı müasir qurğular” Beynəlxalq Konqresi (AERS 2023) keçiriləcək.

AzMİU-danAZƏRTAC-a bildirilib ki, konqresdə Türkiyə, Yaponiya, İtaliya, İngiltərə, Kanada, ABŞ, Portuqaliya, Danimarka və digər ölkələrdən olan alimlər iştirak edəcək. Məqsəd zəlzələ mühəndisliyi sahəsinin tanınmış mütəxəssislərini zəlzələ tədqiqat mərkəzlərinin və sektorun aparıcı şirkətlərinin rəhbərləri ilə bir araya gətirərək müvafiq fundamental və tətbiqi məsələləri müzakirə etmək üçün unikal forum təşkil etməkdir.

Konqresdə zəlzələ mühəndisliyinin müxtəlif sahələrində zəlzələyə davamlı strukturların təhlili və layihələndirilməsi sahəsində tədqiqatlar təqdim olunacaq.

Məruzələri martın 17-dəkazer.qasimzade@azmiu.edu.azünvanına göndərmək xahiş olunur.

Konqresə Azərbaycandan materialların qəbulu ödənişsizdir.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed