“Yüksəliş” müsabiqəsinin qalibləri və İşçi qrupu “Bir qəlbi də sən isit” aksiyasına qoşuldu

“Yüksəliş” müsabiqəsinin qalibləri və İşçi qrupu “Bir qəlbi də sən isit” aksiyasına qoşuldu

“Yüksəliş” müsabiqəsinin qalibləri və İşçi qrupu Yeni il münasibətilə “ASAN Könüllüləri” Təşkilatının “ASAN Məktub” sosial proqramına qoşularaq “Bir qəlbi də sən isit” aksiyası çərçivəsində sosial qayğıya ehtiyacı olan uşaqların arzularının gerçəkləşdirilməsinə kömək göstərdi.

AZƏRTACxəbər verir ki, qaliblər və İşçi qrupu 100 nəfərə yaxın azyaşlının əvvəlcədən “ASAN Məktub” vasitəsilə daxil olan istəkləri əsasında hədiyyələr hazırlayıb. Hazırlanan 96 hədiyyə dekabrın 24-də təyinatı üzrə artıq bölgələrə göndərilib.

Yeddi ildən çoxdur ki, respublika ərazisindəki uşaq evlərində, aztəminatlı ailələrdə yaşayan və kənardan qulluğa ehtiyacı olan uşaqların arzuları “ASAN Məktub” layihəsi vasitəsilə həyata keçirilir.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed