Yüksək Texnologiyalar Parkı innovasiya ekosistemində ilk onlayn platformanı təqdim edir

Yüksək Texnologiyalar Parkı innovasiya ekosistemində ilk onlayn platformanı təqdim edir

Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkı (YTP) Texnologiyanın Transferi və Elmin Kommersiyalaşdırılması Platformasını təqdim edir.

YTP-dənAZƏRTAC-a bildirilib ki, platforma Azərbaycan innovasiya ekosistemində texnologiyaların transferi və kommersiyalaşdırılması üzrə ilk onlayn platformadır (ttcp.az). Tədqiqatçıların, biznes subyektləri və digər ekosistem iştirakçılarının bir-biriləri ilə əlaqələr qurması, faydalı imkanlar tapması və məlumat şəbəkəsinə daxil olması üçün əlçatan, onlayn mərkəz rolunu oynayır. Həmçinin bir çox funksionallığa malik olan bu platformada istifadəçilər öz xidmətlərini təklif edə və digər xidmətlərdən faydalana bilərlər.

Platformanın məqsədi Azərbaycanda innovasiya ekosistemin, o cümlədən intellektual kapitalın və yüksək texnologiyaların inkişafında davamlılığa nail olmaq, həmçinin bu sahədə qlobal bazarlarla səmərəli əməkdaşlığı təmin etməkdir.

YTP ilə STEPI (Koreya Elm və Texnologiya Siyasəti İnstitutu) arasında icra edilən layihə çərçivəsində növbəti 2 il müddətində platformanın fəaliyyətinin daha da genişləndirilməsi, o cümlədən texniki imkanlarının və təşviqat işlərinin miqyasının artırılması nəzərdə tutulur.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed