Yüksək nəticə göstərən məktəbli idmançılarla görüş

Yüksək nəticə göstərən məktəbli idmançılarla görüş

Həftəsonu Elm və Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman-şahmat məktəblərinin yetirmələri olan respublika, Avropa və dünya səviyyəli yarışlarda uğurlu nəticə göstərən idmançılarla görüş keçirilib.

Bu barədəAZƏRTAC-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Görüşdə çıxış edən nazir müavini Firudin Qurbanov ölkə başçısının idmana olan diqqət və qayğısından, bu sahədə həyata keçirilən tədbirlərdən, idman və bədən tərbiyəsinin inkişafı, kütləviliyin təmin edilməsi məqsədilə görülən işlərdən danışıb, təhsilin keyfiyyətinin yüksəldilməsi, bu sahədə uğurlu nəticələrin əldə olunmasında təhsilalanların fiziki sağlam, psixoloji dayanıqlı olmalarının əhəmiyyətini vurğulayıb, idmançıları qazandıqları nailiyyətlər münasibətilə təbrik edib.

Nazir müavini idmançıların əldə etdiyi uğurların davamlı olacağına əminliyini bildirib.

İdmançılar adından çıxış edən Sumqayıt şəhər 1 nömrəli uşaq-gənclər idman-şahmat məktəbinin yetirməsi, Avropa birinciliyinin gümüş medalçısı Xuraman Cavadzadə görüşün təşkilinə, uşaq-gənclər idman-şahmat məktəblərində məktəbli idmançılar üçün məşq prosesinin təşkili ilə bağlı yaradılan şəraitə görə nazirliyə minnətdarlığını bildirib.

Görüşdə qalib idmançılara Elm və Təhsil Nazirliyi adından hədiyyələr təqdim edilib.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed