Xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ

Xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ - 1

2021/2022-ci tədris ili üçün orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq istəyən abituriyentlər qabiliyyət imtahanlarında iştirak etmək üçün 13-17 avqust tarixlərində qeydiyyatdan keçməlidirlər.

Dövlət İmtahan Mərkəzindən Milli.Az-averilən məlumata görə, qabiliyyət imtahanlarına yazılmaq üçün qeydiyyat linki: https://eservices.dim.gov.az/qabiliyyet

Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin XQTİ-ləri üzrə qabiliyyət imtahanlarında iştirak etmək istəyən abituriyentlər 2 istiqamətə aid 6 komissiya üzrə qeydiyyatdan keçə bilərlər.

Kinooperator ixtisasına qəbul üçün qabiliyyət imtahanları keçirilməyəcək. Bu ixtisasa qəbul olmaq istəyən abituriyentlər müsabiqəyə qəbul (buraxılış) imtahanında topladıqları bal əsasında qatılacaqlar.

Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsinə ümumi balı 50-dən az olmayan (fənlər üzrə bal məhdudiyyəti tətbiq edilmir) və müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından "məqbul" alan abituriyentlər buraxılırlar. "Xoreoqrafiya sənəti" və "Rəqs müəllimliyi" ixtisaslarının müsabiqəsində isə ümumi balı 30-dan (fənlər üzrə bal məhdudiyyəti tətbiq edilmir) az olmayan abituriyentlər iştirak edə bilərlər. Bu barədə ətraflı məlumatı "Abituriyent" jurnalının xüsusi buraxılışı olan "Xüsusi qabiliyyət imtahanları" jurnalının 2-ci sayından əldə edə bilərsiniz.

Müsabiqə abituriyentin qəbul (buraxılış) imtahanında topladığı ümumi bal əsasında aparılır.

Qeyd: Ötən il buraxılış imtahanlarında iştirak edib müsabiqə şərtini ödəyən abituriyentlər də qeydiyyatdan keçə bilərlər.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed