..........22

Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı anım mərasimi keçirilib

Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı anım mərasimi keçirilib - 1

Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsində yerləşən 2 nömrəli tam orta məktəbdə Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı anım mərasimi keçirilib.

"Report"xəbər verir ki, tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, millət vəkili Anar İsgəndərli, ingiltərəli jurnalist İan Pirt, Milli Qəhrəman Polad Həşimovun həyat yoldaşı Ofeliya Salmanova və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə 44 günlük Vətən müharibəsi şəhidlərinin şərəfinə məktəbin həyətində ağaclar əkilib.

Daha sonra Azərbaycan Dövlət Himni səsləndirib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonda isə "Sonsuz dəhliz" filminin nümayiş etdirilib.

Qeyd edək ki, fevralın 25-26-da təhsil müəssisələrində Xocalı soyqırımına həsr edilən xüsusi dərslər keçiriləcək. Bu barədə Təhsil Nazirliyinin "Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı Tədbirlər Planı”nda qeyd edilib.

  • Paylaşmağı unutma

Səhr yaz

first box will be shown second NOT

Bağla
..................