Xaricdə təqaüdlü təhsil axtaranlar üçün ən yaxşı 10 vebsayt – Çox faydalı

Xaricdə  təqaüdlü  təhsil  axtaranlar   üçün  ən  yaxşı  10  vebsayt – Çox faydalı

Xaricdə təqaüdlə təhsil almaq demək olar ki, hər tələbənin xəyalıdır.

Amerika, İngiltərə, Fransa və s. kimi dünyanın əksər nüfuzlu ölkələri ali təhsil almaq istəyən şəxslər üçün müxtəlif təqaüd proqramları hazırlayır.

Texnologiyanın inkişaf etdiyi bir dövrdə təqaüdlə təhsil təqdim edən ölkələr və universitetlər haqqında məlumat almaq və müraciət etmək daha asan və əlçatandır.

Bu səbəbləAzEdu.az xaricdə təhsil üçün təqaüd proqramları haqqında rahat şəkildə məlumat əldə edə biləcəyiniz 10 websaytı təqdim edir:

1.Scholarships.com

İlk dəfə 1999-cu ildə yaradılan Scholarships.com xaricdə təqaüdlə təhsil almaq istəyən tələbələr üçün çox sayda material təqdim edir. Hər yaşdan olan tələbələr arasında geniş yayılan saytlardan biridir. Ölkələr üzrə universitetlərin, kolleclərin təqdim etdiyi maddi yardımları hər gün yenilənmiş olaraq təqdim edir. 16 milyondan çox istifadəçiyə sahibdir,yarandığı ildən bu günə kimi ümumilikdə 19 milyard dollardan çox təqaüd yardımı ilə tələbələrə köməkçi olub.

2.FastWeb

Xaricdə təqaüdlə təhsil almaq istəyən tələbələrin müraciət etdiyi əsas saytlardan biridir. 1995-ci ildə yaradılıb və bakalavriat səviyyəsi üçün təqaüd verən universitet axtaranlar üçün ən vacib mənbələrdəndir. Sayta ödənişsiz abunə olan hər tələbə 1,5 milyondan çox və 3,4 milyard dollar dəyərində təqaüd və maddi yardımdan yararlana bilir. Eyni zamanda saytda maddi yardım üçün ipucları, orta məktəb və universitet həyatı haqqında tövsiyələr, karyera planları, iş əlaqələri və öz ixtisasları üzrə təcrübə imkanları tapa bilərlər. Saytda qeydiyyatda olan tələbələr mail vasitəsi ilə yeni təqaüdlərdən xəbər tuta bilərlər.

3.Scholarsdev

Xaricdə həm bakalavr, həm də magistr təhsili üçün təqaüd axtaran tələbələr üçün asan istifadə edilən bir websaytdır. Təqaüdlər təhsil almaq istədiyiniz dərəcə, ixtisas, müəyyən zaman müddəti, getməyi düşündüyünüz ölkə və təqaüdlərin təqdim edildiyi hədəf bölgələr üzrə kateqoriya halında hazırlanıb.Məsələn, Hollandiyada təhsil almaq istəsəniz əvvəlcə seçdiyiniz ölkənin sizə təqdim etdiyi dövlət təqaüdlərindən, özəl qurumların verdiyi təqaüdlərə və universitetlərin təqdim etdiyi təqaüdlərə aid müxtəlif proqramlar tapa bilərsiz.

4.International Scholarships

Xaricdə təhsil almaq istəyən beynəlxalq tələbələrin rahatlıqla təqaüd axtarması üçün yaradılan bir platformadır. Universitetlər kolleclərdə öz ixtisaslarına uyğun təqaüd imkanları tapmanıza,xaricdə oxumaq üçün bilməli olduğunuz məlumatları təqdim edir. Harvard Universitetindən MIT-ə, Cardiff Universitetindən mükafat təqdim edən yarışlara kimi çox geniş və müxtəlif bir sahəni əhatə edir.Eyni zamanda milliyətinizə və təhsil almaq istədiyiniz ixtisas üzrə daha spesifik nəticələr əldə edə bilərsiz.

5.ScholarshipPortal

Xaricdə təhsil üçün təqaüd axtaran bütün tələbələr üçün ölkələr üzrə çox sayda təqaüd proqramı təqdim edən əlverişli vebsaytdır.Hər gün məlumatlar yenilənir və yeni təqaüd proqramları əlavə edilir. Seçdiyiniz ölkə üzrə bakalavr, magistr və doktorantura dərəcələrinə uyğun olaraq asanlıqla araşdırma edə bilərsiz. Bu platformada təqaüd üçün uyğunluğunuz, müraciət şərtləri və qeydiyyat haqqında qısa məlumat əldə edə bilərsiz.

6.Scholar Mintle

Bu platformada təqaüdlər üçün xüsusi bir axtarış düyməsi olmasa da, son əlavələrlə tez-tez yenilənir. Saytda kompüter elmləri, kompüter mühəndisliyi və informatika ixtisasları üzrə tələbələr üçün Google Təqaüdləri təqdim edilir. Eyni zamanda dünya miqyasında gələcəyin mühəndis və lider qadınlarını yetişdirmək üçün təqdim edilən təqaüdlər, yaxud mühəndislik və tibb təhsili üçün Çin höküməti tərəfindən təqdim edilən təqaüdlər tapmaq mümkündür.

7.IEFA

IEFA xaricdə, xüsusən Amerikada təhsil almaq istəyən beynəlxalq tələbələrə məhdudiyyətsiz təqaüd və maliyyə yardımı təqdim edir. Saytda universitet təqaüdlərinin ən əhatəli siyahılarını, kreditlər və xaricdə təhsilə həvəsləndirmək üçün digər imkanlar haqqında məlumat tapa bilərsiniz. Bu platformada dünyanın bir çox ölkəsində seçdiyiniz ixtisas üzrə məlumat əldə edə bilərsiz, ancaq o ölkənin təqaüdləri haqqında məlumat əldə etmək üçün sayta abonə olmalısız.

8.Careeronestop

ABŞ Əmək Nazirliyinin maliyyələşdirdiyi sayt, Amerikada təqaüd, təcrübə və iş imkanı axtaran beynəlxalq tələbələrə məhdudiyyətsiz imkanlar təqdim edən çox əhatəli bir saytdır. Təqaüdlərə layiq görülmək üçün yalnız uğurlu və ya xüsusi istedadlı olmaq tələb olunmur. Təqaüdlər tələbələrin irqi, etnik mənsubiyyəti, təhsil alacaqları proqram və şöbələrə görə qiymətləndirilir. Careeronestop ilə təhsil səviyyənizə, harada təhsil almaq istədiyinizə, hansı ölkədən gəldiyinizə və cinsinizə görə axtarış edə bilərsiniz. Ümumiyyətlə, saytda 7500-dən çox maliyyə yardımı imkanı var ki, bunların da 500-dən çoxu beynəlxalq tələbələr üçündir.

9.Scholarship Positions

Bu platforma 2007-ci ilə Oksford Universitetinin məzunları tərəfindən xaricdə təhsil almaq istəyən beynəlxalq tələbələrə kömək məqsədi ilə yaradılıb. Minlərlə tələbəyə dünyanın ən yaxşı universitetlərində təqaüdlə təhsil almağa yardım edəcək təhlükəsiz bir mühit təqdim edir. Eyni zamanda təcrübə və iş imkanlarından da faydalanmağınıza yardımçı olar.

10.CollegeBoard

1900-cü ildə qurulan CollegeBoard, dünyanın müxtəlif yerlərindən olan tələbələrə universitet hazırlığı və keçid dövründə kömək edən bir qeyri-kommersiya təşkilatıdır. 6.000-dən çox 2 və ya 4 illik kollec, universitet və ali təhsil müəssisələrilə əlaqəsi olan CollegeBoard, 6 milyard dollar dəyərində təqaüd bazasına sahibdir. Hər il yeni təqaüdlərin əlavə olunduğu və siyahıların aylıq olaraq yeniləndiyi maliyyə yardımı üçün sayta baxa bilərsiniz.

Qeyd edək ki, bununla yanaşı siz Scholarhip365 və Türkiyə Bursları kimi saytlardan da faydalana bilərsiniz.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed