Xaricdə təhsil almaq istəyənlərin nəzərinə-Ən BAHALI və ən UCUZ universitetlər bu ölkələrdə yerləşir

Xaricdə təhsil almaq istəyənlərin nəzərinə-Ən BAHALI və ən UCUZ universitetlər bu ölkələrdə yerləşir - 1
Xaricdə təhsil almaq istəyənlərin nəzərinə-Ən BAHALI və ən UCUZ universitetlər bu ölkələrdə yerləşir

Dünyadakı universitetlərin təhsil ödənişlərifərqlidir.Xarici ölkələrdənən bahalı(38 min dollar)təhsil sistemi olan Amerika, ən ucuzu(4500 dollar)isə Qazaxıstandır.

AzEdu.azölkə xaricində ən bahalı və ən ucuz ödənişlə təhsil verən ölkələri təqdim edir.

XaricdəTəhsilinMaliyəsiAraşdırması” na görə xaricdə təhsilin ən bahalı olduğu ölkə Amerikadır.

İllik təhsil haqqı, yaşayış xərcləri daxil olmaqla ali təhsilin illik 38 min etdiyi Amerikadan sonra bu sıralamanı 34 min dollar ilə Kanada, 27 min dollar ilə İsveçrə və 25 500 dollar ilə Avstraliya davam etdirir.
Araşdırmalara görə, Amerikada dövlət hesabına olan universitetlərin illik təhsil ödənişi 23 min dollardan, bir tələbənin burada yaşayış xərcləri isə 15 min dollardan başlayır. Kanadada universitetdə təhsil almaq üçün ən az 20 min dollar, yaşayış üçün isə təxminən 14 dollar xərclənir. İsveçrədə universitet ödənişləri üçün 7 min dollar, yaşayış 20 min dollar lazım olur. Avstraliyada ali təhsil almaq üçün isətəhsil haqqı 12 min dollar, orada yaşamaq isə 13 500 təşkil edir.
Qazaxıstanda bir illiktəhsil haqqı4500 dollardır”
Araşdırmalara görə, xaricdə daha münasib qiymətlərlə ali təhsilin ünvanı Qazaxıstan hesab olunur. Dövlət universitetlərində illik təhsil haqqının 500 dollardan başladığı Qazaxıstanda, bir tələbənin yaşamaq xərcləri 4 min dollar təşkil edir.
İllik təhsil haqqı Gürcüstan və Ukraynada 2500 dollardan başlayır. Bu ölkələrdə tələbələrin yaşaması üçün xərc isə illik 5 min dollardır.
Norveçdə illik universitet ödənişi 200 dollardan başlayır.
Aparılan araşdırmalara görə, sadəcə təhsili əsas götürsək ən bahalı ölkə Amerika, ən ucuz isə Norveç oldu. İllik təhsil ödənişi az olan Norveçdən sonra bir sıra Avropa ölkələri bu sıralamada yer alır. Təhsil haqqı Fransada 250 dollar, Almaniyada 550 dollar,İtaliyada isə 800 dollar olaraq hesablanıb.

Yaşayış xərclərini vacib götürdükdə isə 20 min dollarla İsveçrə, 15 min dollarla Amerika, İngiltərə və Danimarka ən bahalı ölkələrdir. Ən ucuz ölkələr isə 4 min dollarla Qazaxıstan və Qırğızıstan, 5 min dollarla Gürcüstan, Ukrayna, Rusiya, Misirdir.

Qeyd edək ki, Asiya ölkələrindən Hindistanda universitet təhsilinin illik təhsil haqqı 16500 dollar, Yaponiyada 13500 dollar, Çində 12500 dollar, Tayvanda 10500 dollardan başlayır.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed