Universitetlərimizdə ingiliscə tədrisin bərbad durumu – “Əksər müəllimlər sadə terminləri də bilmir”-CİDDİ PROBLEM

Universitetlərimizdə ingiliscə tədrisin bərbad durumu – “Əksər müəllimlər sadə terminləri də bilmir”-CİDDİ PROBLEM - 1

Ölkənin ali təhsil sistemindəki mövcud problemlərdən biri də ingilis bölməsi üzrə tədrisin keyfiyyətidir.

Bu bölməyə maraq ilbəil artsa da, universitetlər üzrə ingilis bölməsində keyfiyyətli kadr təminatı və bu dildə dərs vəsaiti ilə bağlı problemlər tam olaraq öz həllini tapmayıb. Müxtəlif universitetlərdən olan bir qisim tələbələr bu bölmədə dərs deyən müəllimlərin dil biliyinin zəif olmasından şikayətlənir, digər qisim tələbələr isə seminarlara və imtahanlara haırlaşmaq üçün tədris dilində dərs vəsaitinin çatışmazlığından narazıdırlar.

Mövzu ilə bağlıAzEdu.az-a danışan“Azərbaycan universitetləri” təhsil səhifəsinin idarəçisi Zöhrab Süleymanproblemin ciddiliyini vurğulayıb:

“Universitetlərdə ingilis bölməsi üzrə vəsait çatışmazlığı və pedaqoji kadr keyfiyyətilə bağlı problemlər qalmaqdadır. Bu yaxınlarda Naxçıvan Dövlət Universitetində oldum. Qeyd edilən problemlər səbəbilə ingilis bölməsinin açılmasında çətinliklərin yaşandığının şahidi oldum. Bu bölmə üzrə keçid balı da yüksəkdir. Doğrudur, bunun səbəbi tədrisin keyfiyyətinin qorunması ilə bağlıdır. Mövcud problemlər səbəbilə qəbul planının artırılması çətindir. Əsas problemlərdən biri elə kadr çatışmazlığıdır. Məsələn, ADA və Bakı Ali Neft Məktəbi kimi təhsil müəssisələrində bu kimi problemlər demək olar ki, yoxdur. Bu istiqamətdə tələb və təkliflər mümkündür. UNEC-də Beynəlxalq iqtisadiyyat fakültəsindən başqa bir neçə ingilisdilli fakültənin də açılması düşünülür, amma mövcud problemlər səbəbilə bu mümkün olmur”.

“Bir çox universitetlərdə ingilis bölməsində dərs keçən müəllimlərin dil biliyi zəifdir”

“Hətta bəzi tələbələr tədris dilini daha yaxşı bilirlər və müəllimin yol verdiyi səhvləri qeyd edib özünə bildirirlər. Bizə də bununla bağlı tələbələrdən narazılıqlar eşidilir. Məsələn, keçən ilə kimi elə Bakı Dövlət Universitetinin tələbələrindən bu mövzu ilə bağlı şikayətlər gəlirdi. BDU-da Hüquq fakültəsinin ingilis bölməsində bir müəllimin sadə ixtisas terminlərini tədrisin aparıldığı dildə deyə bilməməsi ilə bağlı narazılıqlar vardı. Amma nümunə olaraq qeyd edim ki, ADA Universitetində bu problem həll edilib. Mütləq şəkildə yerli ali təhsil müəssisələrinin hər birində ingilis dilində tədrisin keyfiyyəti artırılmalıdır”.

“Problemlərdən biri də tədris materialının tələbələrə yüksək qiymətə satılmasıdır. Azərbaycan Tibb Universitetində ingilis dili bir kənara, elə Azərbaycan dilində dərs vəsaitinin qiyməti 50-60 manatdır. Ölkənin əsas tibbi kadlarının hazırlandığı universitetdə belə bir problemin olması, 700 bal toplayan abituriyentimizin Ankara Universitetini seçməsi qədər ciddi məsələdir”-deyə, Zöhrab Süleyman bildirib.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed