Ulu Öndərin zəngin həyat yolu hər bir azərbaycanlı üçün nümunədir - BDU-da görüş

Ulu Öndərin zəngin həyat yolu hər bir azərbaycanlı üçün nümunədir - BDU-da görüş

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayevin BDU-nun Məşvərət Şurasının bir qrup üzvü ilə görüşü olub.

Bu barədəAZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, görüşdə E.Babayev universitetin alimlərini 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb.

Rektor 2023-cü ilin Azərbaycan xalqı üçün çox əlamətdar il olduğunu deyib. Bildirilib ki, 2023-cü il mayın 10-da Ümummilli Lider, müstəqil Azərbaycan dövlətinin qurucusu, Bakı Dövlət Universitetinin ən böyük məzunu Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. E.Babayev Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması ilə əlaqədar BDU alimlərinin qarşısında da çox mühüm vəzifələr qoyulduğunu vurğulayıb. O, Ulu Öndər Heydər Əliyevin zəngin həyat yolu və çoxşaxəli fəaliyyətinin hər bir azərbaycanlı üçün nümunə olduğunu, dahi rəhbərin şərəfli ömrünün bütün mərhələlərinin öyrənilməsinə böyük ehtiyac duyulduğunu diqqətə çatdırıb.

Daha sonra Məşvərət Şurası üzvlərinin “Heydər Əliyev İli” ilə əlaqədar təklifləri dinlənilib.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed