UFAZ tələbələrinin “TotalEnergies” şirkətində təcrübə keçmək imkanları müzakirə edilib

UFAZ tələbələrinin “TotalEnergies” şirkətində təcrübə keçmək imkanları müzakirə edilib

Azərbaycan-Fransız Universitetində (UFAZ) “TotalEnergies” şirkəti ilə təcrübə imkanları müzakirə olunub.

Bu barədəAZƏRTAC-a UFAZ-dan məlumat verilib.

Müzakirə zamanı Azərbaycan-Fransız Universitetinin icraçı direktoru Vazeh Əskərov rəhbərlik etdiyi ali məktəb ilə “TotalEnergies” şirkəti arasında uğurlu əməkdaşlıqdan danışaraq, son 4 ildə şirkətin təqaüd proqramları çərçivəsində 20 nəfər UFAZ məzununun Fransanın müxtəlif universitetlərində master pilləsində təhsil aldığını deyib.

Şirkətin Azərbaycan nümayəndəliyinin insan resursları üzrə meneceri Yana Harris əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.

Müzakirədə, həmçinin sonuncu kurs tələbələrinin istehsalat təcrübələri və tədris proqramlarının enerji sektorunun ehtiyaclarına uyğun olaraq hazırlanması məsələlərinə toxunulub.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed