UFAZ-ın 24 magistrantı Fransada 5 aylıq təcrübə keçəcək

UFAZ-ın 24 magistrantı Fransada 5 aylıq təcrübə keçəcək

Bu tədris ilinin yaz semestrində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) magistratura pilləsinin 2-ci kursunda təhsil alan 24 tələbəsi istehsalat təcrübəsi keçmək və dissertasiya müdafiəsi ilə əlaqədar Fransanın 4 fərqli şəhərində 10 müxtəlif laboratoriyada təhsilini davam etdirəcək.

Bu barədəAZƏRTAC-a ADNSU-dan məlumat verilib.

Tələbələr semestr ərzində laboratoriyada fransalı müəllimlərin rəhbərliyi altında çalışacaqlar. Proqramda iştirak edən tələbələrdən 9-u UFAZ-da “Verilənlər elmi və Süni intellekt”, 8-i “Fiziki kimya/ Kimya mühəndisliyi”, 7-si “Yer elmləri” ixtisası üzrə təhsil alır.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed