Üç əsrin şahidi olan 125 yaşlı məktəbin yubiley tədbiri

Bakı şəhəri 67 nömrəli tam orta məktəbin 125 illik yubileyi və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə tədbir keçirilib.

Bu barədəAZƏRTAC-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib. Bildirilib ki, tədbirdən öncə qonaqlar Heydər Əliyevin büstünü ziyarət edib, məktəbin 125 illiyi ilə bağlı şagirdlərin əl işlərindən ibarət sərgi ilə tanış olublar.

Məktəbin direktoru İradə Bayramova təhsil müəssisəsinin yaranma tarixi, keçdiyi inkişaf yolu barədə danışıb. Bildirib ki, təcrübəli pedaqoji kollektivi olan məktəbin öz peşəsinə ürəkdən bağlı olan, şagirdlərin təhsilində, dünyagörüşünün formalaşmasında əvəzsiz xidmətlər göstərən müəllimləri var.

“125 illik şərəfli bir yol keçən məktəbin tarixinə nəzər saldıqda aydın görünür ki, zaman dəyişsə də, məktəbdə müəllimlərin zəhmətinin bəhrəsi, onların yetişdirdikləri şagirdlərin müxtəlif sahələr üzrə ali təhsil alması, Vətən üçün layiqli övlad olması və təhsilverənlərin əməyinin qiymətləndirilməsi dəyişməyib”, - deyən BŞTİ-nin müdir müavini Anar Məmmədov məktəb kollektivinə gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb.

Digər çıxış edənlər tədris ocağının kollektivini yubiley münasibətilə təbrik ediblər.

Tədbirdə təhsil müəssisəsinin tarixindən və qazandığı uğurlarından bəhs edən videoçarxlar nümayiş olunub.

Yubiley tədbirində şagirdlər vətənpərvərlik, təhsil və məktəb həyatından bəhs edən müxtəlif şeirlər, mahnılar, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed