TQDK rayonlarda keçirdiyi sınaq imtahanlarının cavabını necə öyrənmək olar?

TQDK rayonlarda keçirdiyi sınaq imtahanlarının cavabını necə öyrənmək olar?

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali təhsil müəssisələrinə qəbul olunmaq istəyən abituriyentlər üçün mayın 8-də respublikanın 37 şəhər və rayonunda sonuncu sınaq imtahanları keçirib. TQDK-dan bildiriblər ki, imtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə aparılıb və 50.258 abituriyent qeydiyyatdan keçib.

İmtahanlar Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Şəki, Göyçay, Şirvan, Lənkəran, Ağcabədi, Xaçmaz, Daşkəsən, Ağstafa, Şamaxı, Qobustan, Mingəçevir, Goranboy, Yevlax, Zaqatala, Qəbələ, Bərdə, İsmayıllı, İmişli, Fizuli, Beyləqan, Saatlı, Yardımlı, Cəlilabad, Masallı, Siyəzən və Şabran, Babək, Kəngərli, Ordubad, Sədərək, Culfa, Şərur, Şahbuz şəhər və rayonlarında, ümumilikdə 68 binada təşkil olunub.

Sınaq imtahanları bütün mərkəzlərdə təlimata uyğun olaraq keçirilib. İmtahan prosesinin idarə olunması üçün TQDK-da operativ qərargah fəaliyyət göstərib. İmtahan binalarına buraxılış yalnız abituriyentin özünün şəxsiyyət vəsiqəsinin əsli və «İmtahana buraxılış vərəqəsi” əsasında həyata keçirilib. Göstərilən sənədlərindən biri olmayan, imtahana şəxsiyyət vəsiqəsinin surəti ilə gələn, başqasının şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçən abituriyentlər imtahan binasına buraxılmayıblar.

Mayın 9-dan etibarən Komissiyada imtahan protokolları və cavab kartlarının emalına başlanılıb və nəticələr yaxın günlərdə elan olunacaq. İmtahan nəticələrini Komissiyanın internet səhifəsindən və bütün mobil operatorlardan iş nömrəsini 7727-yə boş SMS göndərməklə öyrənmək olar.

Sınaq imtahanlarına müəyyən olunmuş vaxtda qeydiyyatdan keçib iştirak edə bilməyən abituriyentlərin nəzərinə çatdırırıq ki, TQDK-nın internet saytında online qaydada sınaq imtahanı xidmətindən istifadə edə bilərlər. Aprelin 3-də, 10-da və 24-də I-IV ixtisas qrupları üzrə keçirilmiş sınaq imtahanlarının materialları imtahan verə biləcəyiniz testlərin siyahısına əlavə edilib. Bundan əlavə, qeyd olunan imtahanların sual kitabçaları (Azərbaycan və rus bölmələri) və bəzi test tapşırıqlarının izahı internet saytımızda yerləşdirilib. Sonuncu sınaq imtahanlarının materialları da eyni qaydada müvafiq bölmələrə əlavə ediləcək.

  • Paylaşmağı unutma

Yazılmış şəhrlər

Qonaq__18063332

bilmek isteyirem ki bu yaxinlarda 9 cu lara sinaq imtahani kecirildi tqdk a terefinden onun cavabi ne vax belli olacaq

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed