Torpaqşünas alimlər “Böyük Qayıdış” proqramı çərçivəsində Füzuli rayonunda olublar

Torpaqşünas alimlər “Böyük Qayıdış” proqramı çərçivəsində Füzuli rayonunda olublar

Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutunun əməkdaşları “Böyük Qayıdış” proqramı çərçivəsində həyata keçirilən layihənin icrası məqsədilə Füzuli rayonunda olublar.

AMEA-danAZƏRTAC-a bildirilib ki, “Böyük Qayıdış” proqramının bir hissəsi olaraq layihələrin həyata keçirilməsi prioritet məsələ kimi qarşıda duran əsas işlərdəndir. Torpaqşünaslıq və Aqrokimya İnstitutu və “En Pro Sol” MMC arasında Ağdam və Füzuli rayonlarının işğaldan azad olunmuş ərazilərində meliorasiya və su təsərrüfatı komplekslərinin bərpası və reallaşmasında layihələrin həyata keçirilməsində birgə əməkdaşlığı nəzərdə tutan müqavilə imzalanıb.

“Böyük Qayıdış” proqramı çərçivəsində respublikamız üçün strateji əhəmiyyət kəsb edən layihənin icrası məqsədilə Torpaqşünaslıq və Aqrokimya İnstitutunun əməkdaşları və şirkətin nümayəndəsi İbrahim Kaya Füzuli rayonunda olublar. Əsas məqsəd işğaldan azad edilmiş ərazilərdə müasir torpaq tədqiqatlarının aparılması, əkinəyararlı torpaq sahələrinin müəyyən edilməsi və geoinformasiya texnologiyaları əsasında rəqəmsal torpaq xəritələrinin tərtib olunmasıdır. Səfər zamanı vizual müşahidələr aparılıb, kəsimlər qoyulub və torpaq, su nümunələri götürülüb. Hazırda tədqiqat işləri davam etdirilir.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed