TKTA tərəfindən ərizəçilərin dayə peşə ixtisası üzrə nəzəri bilikləri qiymətləndirilib

TKTA tərəfindən ərizəçilərin dayə peşə ixtisası üzrə nəzəri bilikləri qiymətləndirilib

Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən “Sənətin varsa, sənədin olacaq” layihəsi çərçivəsində dayə peşə ixtisası üzrə fəaliyyət göstərən lakin peşəsi üzrə təhsil sənədi olmayan vətəndaşların nəzəri biliklərinin qiymətləndirilməsi məqsədilə test imtahanı keçirilib.

Bu barədəAZƏRTAC-a agentlikdən məlumat verilib.

Bildirilib ki, agentliyin nümayəndəsinin sədrlik etdiyi komissiya tərəfindən qiymətləndirilmə aparılacaq. İlkin mərhələdə yüksək nəticə göstərmiş ərizəçilər bacarıq, səriştə və təcrübələrin qiymətləndirilməsi mərhələsində iştirak etmək hüququ qazanacaqlar.

Yekunda uğurlu nəticə əldə edən ərizəçilərə dayə peşə ixtisası üzrə sertifikatlar təqdim olunacaq, onların məşğulluq imkanlarına dəstək göstəriləcək.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed