Tələbələr üçün “Mühəndislik düşərgəsi”nə qeydiyyat davam edir

Tələbələr üçün “Mühəndislik düşərgəsi”nə qeydiyyat davam edir

Təhsil İnstitutu tərəfindən Quba rayonunda martın 22-dən 26-dək tələbələr üçün təşkil ediləcək “Mühəndislik düşərgəsi”nə qeydiyyat davam edir.

İnstitutdanAzEdu.az-a bildirilib ki, düşərgədə ali təhsil müəssisələrinin mühəndislik ixtisaslarında bakalavriat səviyyəsi üzrə təhsil alan III-IV kurs tələbələri və magistrantlar iştirak edə bilərlər. Məqsəd tələbələr və müxtəlif şirkətlərdə çalışan mühəndislər arasında əlaqənin yaradılması, praktik biliklərin öyrədilməsi, mühəndisliklə bağlı dünyada mövcud olan trendlərdən tələbələri xəbərdar etməkdir.

Düşərgədə beynəlxalq və yerli şirkətlərdə çalışan peşəkar mühəndislər öz təcrübələrini tələbələrlə bölüşəcək, müxtəlif komanda işləri aparacaq və tələbələrlə birlikdə mühəndislik keysləri əsasında praktik tapşırıqları həll edəcəklər. Tələbələrə maraqlı olan mövzularla bağlı müxtəlif seminarlar keçiriləcək, onlara hazırda dünyada mühəndislik sahəsində baş verən təcrübələr göstəriləcək. Kampda iştirak etmək istəyən tələbələr martın 10-dək qeydiyyatdan keçməli, sonra isə riyaziyyat üzrə baza biliklərinin, eləcə də məntiqi təfəkkürünün yoxlanılması məqsədilə təşkil olunacaq test imtahanında uğur qazanmalıdırlar.

Qeyd edək ki, təlimlərin sonunda bütün iştirakçılara sertifikatlar təqdim olunacaq.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed