
Tələbələr təqaüd deyil, maaş veriləcək



Azərbaycanda magistratura səviyyəsi üzrə təhsil alan bəzi tələbələr təqaüd deyil, maaş veriləcək.
ATV.az-a Azərbaycan Milli Elmlər Akademiyasından verilən məlumata görə, bu ildən ilk dəfə olaraq AMEA sisteminə daxil olan institut və elmi müəssisələrə magistratura səviyyəsi üzrə tələbə qəbulu aparılacaq. Həmin tələbələr AMEA-da təhsil aldıqları müddətdə elmi işçi kimi fəaliyyət göstərəcəklər.
AMEA-da magistraturada təhsil alan tələbələr Təhsil Nazirliyi sisteminə daxil olan tələbələrdən fərqli olaraq, təqaüd deyil, elmi işçi kimi təqaüddən daha yüksək məbləğdə olan əməkhaqqı alacaqlar. Bununla yanaşı, onların təhsil müddətlərini başa vurduqdan sonra institutlarda elmi işçi kimi fəaliyyətlərini davam etdirməsinə imkan yaradılacaq: “Bununla da onlar həm magistraturada təhsil alacaq, həm də işlə təmin ediləcəklər”.
Qeyd edək ki, bu ildən AMEA-da magistraturara qəbul üçün 7 ixtisas - dilşünaslıq, antropologiya, fizika, kimya, biologiya, geologiya, aqronomluq üzrə ümumilikdə 20 plan yeri ayrılıb. Magistraturaya tələbə qəbulu yalnız dövlət sifarişi əsasında aparılır. Proqram seçiminə buraxılmaq üçün minimal 30-50 bal tələb olunur.
Mənbə: https://news.atv.az
Yazılmış sərhlər
Qonaq__10635402
- 11.05.2015
tebrikkkk
|
Qonaq__10619250
- 09.05.2015
hec xosuma gelmedi
|
- 08.05.2015
Məndə tələbələri təbrik edirem
|
Qonaq__10492888
- 03.05.2015
telebeleri tebrik edirem cox gozel fikirdi
|
swsq
- 03.05.2015
telebelerin urakdan tebrik edirem
|
Albert_Einstein_1
- 27.04.2015
Tələbələri təbrik edirəm:)
|