Təhsil xidmətləri də ASANlaşdı

Təhsil xidmətləri də ASANlaşdı

Yeni yaradılan 7 saylı Bakı “ASAN xidmət” mərkəzində də təhsil xidmətləri təqdim olunmağa başlanılıb.

Bu barədəModern.az-aTəhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, ilkin mərhələdə vətəndaşlar mərkəzdə 5 təhsil xidmətindən yararlana bilərlər. Növbəti mərhələlərdə xidmətlərin sayının artırılması nəzərdə tutulur. Sözügedən təhsil xidmətlərinin hər biri Təhsil Nazirliyi tərəfindən elektron qaydada da həyata keçirilir.

Bununla yanaşı, elektron qeydiyyat prosesində hər hansı çətinlik çəkən və ya məlumatsız vətəndaşlar bundan sonra 5 və 7 saylı “ASAN xidmət” mərkəzlərinə də yaxınlaşaraq dəstək ala bilərlər. Mərkəzlər vasitəsilə təhsil sahəsində vətəndaş müraciətləri üzrə məsləhətçi, şagirdlərin elektron yerdəyişməsi, ümumi təhsil müəssisələrinin birinci sinflərinə şagird qəbulu, cari təhsilalanlar üçün elektron təhsil arayışları, təhsil tələbə kreditinə elektron müraciət xidmətlərindən yararlanmaq mümkündür.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed