“Təhsil sahəsində ekspert statusu ilə bağlı məsələ gündəmdədir,araşdırmalar davam edir”- Direktor müavini

“Təhsil sahəsində ekspert statusu ilə bağlı məsələ gündəmdədir,araşdırmalar davam edir”- Direktor müavini

Müxtəlif qurumlar tərəfindən zaman-zaman fərqli mövzular istiqamətində, müvafiq sahələr üzrə ekspertlərlə müzakirələr təşkil edilir, mütəxəssislərin fikirləri öyrənilir.

Eyni zamanda fərqli sahələr və mövzular üzrə ekspertlərin təhlil və məsələlərə yanaşmaları cəmiyyət tərəfindən xüsusi maraqla qarşılanır. İnsanlar istənilən sahədə ekspertlərin fikrinə önəm verir, həmçinin təşkil olunan müzakirələrdə mütəxəssislər cəmiyyətin fikirlərini nəzərə alaraq qurumlarla əlaqə yaradır.

Bir müddət öncə Təhsil İnstitutunun direktoru Rüfət Əzimov təhsil sahəsində ekspert statusunun verilməsi məsələsinə toxunmuşdu. Bu istiqamətdə dünya təcrübəsinin öyrənildiyini və araşdırmaların aparılıdını da qeyd etmişdi.

Maraqlıdır, hazırda araşdırmalar nə yerdədir? Gələcəkdə bu istiqamətdə ciddi addım atıla bilərmi?

Mövzu ilə bağlıAzEdu.az-a danışanTəhsil İnstitutunun direktor müavini, pedaqogika üzrə fəlsəfə doktoru Ənvər Abbasovmüəyyən zərurətin yaranacağı təqdirdə bu addımın atıla biləcəyini qeyd edib:

“Bu gələcək fəaliyyət və perspektivlərdən asılıdır. Təbii ki, proses davam edərsə, müəyyən zərurət yaranarsa, bu həyata keçirilə bilər. Yəni hər şey işin gedişatından asılıdır. Hazırda bu istiqamətdə araşdırmalar davam edir. Ancaq bu qərarın dəqiq olub-olmayacağı demək deyil. Araşdırmalar işin müsbət tərəfi üçün aparılır. Yəni burada müəyyən bir stabilləşdirmənin zəruriliyə ehtiyac yaranarsa, təbii ki, belə bir addım atıla bilər. Ancaq bunu gələcək göstərəcək”.

Direktor müavini məsələnin gündəmdə olduğunu, ancaq hələ dəqiq bir şey deməyin tez olduğunu diqqətə çatdırıb:

“Hazırda araşdırmalar başa çatmayıb, yəqin ki, bu istiqamətdə bilavasitə müzakirələr də təşkil olunacaq. Bu səbəblə hələ dəqiq bir şey demək mümkün deyil. Amma bu məsələnin araşdırılması hazırda gündəmdədir. Təhsil İnstitunun rəhbəri də mətbuatda bu mövzuya toxunmuşdu. Nəticə olaraq dəqiq bir şey demək tezdir, proses hələ davam edir”.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed