..........26

Təhsil naziri Gürcüstanda müzakirə etdiyi məsələlərdən danışıb

Təhsil naziri Gürcüstanda müzakirə etdiyi məsələlərdən danışıb - 1

Azərbaycanın təhsil naziriEmin ƏmrullayevGürcüstana üçgünlük rəsmi səfəri çərçivəsində apardığı müzakirələri məhsuldar kimi qiymətləndirib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə o, jurnalistlərə açıqlamasında bildirib.

Nazir qonşu ölkədəki azərbaycandilli məktəblərin problemləri ilə də tanış olduğunu qeyd edib: “Bir daha şahid oldum ki, Gürcüstan-Azərbaycan əlaqələri yüksək səviyyəddədir. Dövlət rəsmiləri və yerli mütəxəssislərlə Azərbaycan dili müəllimlərinin hazırlığı, dərsliklərlə bağlı əməkdaşlıq, azərbaycandilli məktəblərin bədii ədəbiyyatla təmin olunması kimi məsələlərlə bağlı maraqlı müzakirələr aparıldı. Belə nəticəyə gəldik ki, məsələlərin həlli Azərbaycanın Təhsil Nazirliyi və ali təhsil müəssisələrinin iştirakı ilə mümkün ola bilər. Hər iki ölkənin təhsil nazirliklərinin nümayəndələri bu istiqamətdə imzalanmış saziş çərçivəsində daha konkret addımlar ata biləcəklər”.

E.Əmrullayev vurğulayıb ki, Gürcüstanın Təhsil və Elm Nazirliyi ilə daha sıx əlaqələrin qurulması, təhsil və elm sahəsində əməkdaşlığın daha yaxşı koordinasiyası üçün bu ölkədə Azərbaycanın Təhsil İnstitutu və ya digər dövlət qurumunun nümayəndəsinin təyin olunması məsələsinin də nəzərdən keçirilməsi mümkündür.

Təhsil naziri əlavə edib ki, müzakirələr zamanı Azərbaycanla Gürcüstan arasında elm adamları və tədqiqatçıların mübadiləsi, yay məktəblərinin təşkili məsələlərinə də toxunulub: “Aprel-may aylarında gürcüstanlı alimlərin Azərbaycana səfərinin təşkili də təklif olunub. Bu səfərin baş tutacağına ümid edirəm. Azərbaycanlı və gürcü gənclər arasında mübadilənin bir az da artırılması təklifini də irəli sürdük. Fürsətdən istifadə edib həmkarlarıma tələbə gəncləri Azərbaycana daha çox göndərməyi, Gürcüstanın ictimaiyyət nümayəndələri və alimlərinin, gənclərinin “Şuşa ili” çərçivəsində işğaldan azad olunmuş torpaqlarımıza daha çox səfərlərinin təşkil olunmasını da təklif etdim. Bu təşəbbüslərin həyata keçəcəyinə inanıram”.

  • Paylaşmağı unutma

Səhr yaz

first box will be shown second NOT

Bağla
..................