Süleyman Təkinərin “Seçilmiş əsərləri” nəşr edilib

Süleyman Təkinərin “Seçilmiş əsərləri” nəşr edilib

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun təsis etdiyi “Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası” seriyasının VI cildi - Süleyman Təkinərin “Seçilmiş əsərləri” çap olunub.

İnstitutun Elmi şurasının qərarı ilə nəşr edilən seriyanın baş redaktoru AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, cildi ilk mənbələr əsasında tərtib edən, “Ön söz” və qeydlərin müəllifi filologiya elmləri doktoru Nikpur Cabbarlıdır. Məsul redaktoru filologiya elmləri doktoru Abid Tahirli, məsul katibi isə elmi işçi Aysel Əfəndiyevadır.

İnstitutdanAZƏRTAC-a bildirilib ki, kitabda Azərbaycan siyasi mühacirətinin İkinci Dünya müharibəsindən sonrakı nümayəndəsi Süleyman Təkinərin (1917-2006) ədəbi-elmi irsindən seçmələr ilk dəfə nəşr edilib. Azərbaycan mühacirət ədəbiyyatı şöbəsində ilk mənbələr əsasında çapa hazırlanan cildə yazarın müxtəlif məqalələri, məktubları və müsahibəsi daxildir. Son səhifələrdə hər bir əsərin alındığı mənbənin biblioqrafik təsviri verilib.

“Elm və təhsil” nəşriyyatında işıq üzü görən 280 səhifəlik kitab “Ədəbi proses”, “Azərbaycan mühacirəti”, “Məktublar”, “Müsahibə”, “Lüğət”, “Qeydlər” bölmələrindən ibarətdir.

  • Paylaşmağı unutma

Səhr yaz

......