“Sükutla danışanlar” əsərinin qəhrəmanları Xəzər Universitetinin tələbələridir

“Sükutla danışanlar” əsərinin qəhrəmanları Xəzər Universitetinin tələbələridir

Xəzər Universitetində gənc tədqiqatçı-yazar Elvin Arifoğlunun “Sükutla danışanlar” kitabının təqdimatı olub.

Bu barədəAZƏRTAC-a universitetdən məlumat verilib.

İctimai əlaqələr və media üzrə direktor Əlövsət Əmirbəyli gənc yazarın həyat və yaradıcılığı, yeni çapdan çıxmış əsəri haqqında məlumat verib. Ə.Əmirbəyli əsərin qəhrəmanları olan - Xəzər Universitetinin Mühəndislik və tətbiqi elmlər fakültəsinin tələbələri Fərid və Məhəmməd obrazları haqqında, həmyaşıdlarının gördüyü işlərdən danışıb.

Sonra müəllif əsəri ilə bağlı maraqlı məqamlardan söz açıb.

Təqdimat mərasimində Xəzər Universitetinin rektoru İradə Xəlilova, Dillər və ədəbiyyatlar departamentinin müdiri Dilbər Zeynalova, Kitabxana İnformasiya Mərkəzinin direktor müavini Aytac Misgərli və digərləri əsər haqqında fikirlərini bildiriblər.

Sonra E.Arifoğlu imzalı kitablarını oxucularına təqdim edib.

Həmin gün gənc tədqiqatçı-yazar Elvin Arifoğlu Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor, akademik Hamlet İsaxanlı ilə görüşüb.

H.İsaxanlı müəllifə Xəzər Universitetinin tələbələrini əsərin əsas obrazları kimi seçdiyinə görə təşəkkürünü bildirib.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed