Sınaq imtahanları niyə bahadır?-DİM-dən CAVAB

Sınaq imtahanları niyə bahadır?-DİM-dən CAVAB

2022-ci il üçün yanvar və fevral aylarında keçiriləcək imtahanların tarixləri məlum olub.

Ümumilikdə isə sınaq imtahanları ilə bağlı əsas narazılıq qiymətlərin yüksək olmasıdır. Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən olunan imtahan qiymətlərinin yüksək olması ictimaiyyətlə yanaşı, ümumilikdə təhsil mühitinin etirazına səbəb olur.

Bəs qiymətlər niyə yüksək? Hansı əsaslarla tənzimlənib?

AzEdu.azxəbər verir ki, DİM qiymətlərin bir iştirakçı üçün maliyyə xərclərinə əsasən müəyyən edildiyini bildirib:

“Təsdiq edilmiş qiymətlər hər imtahan növü üzrə bir iştirakçı üçün xərclənən maliyyə vəsaitinə bərabərdir. Bu xərclərə test tapşırıqlarının müəllifləri, imtahan rəhbərləri, nəzarətçilər, qapalı şəraitdə çalışan mütəxəssislərin əmək haqlarının ödənilməsi, mətbəə, nəqliyyat və s. daxildir”.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed