Sertifikasiyadan keçən müəllimlərə əlavələr nə vaxt veriləcək? - RƏSMİ
![Sertifikasiyadan keçən müəllimlərə əlavələr nə vaxt veriləcək? - RƏSMİ Sertifikasiyadan keçən müəllimlərə əlavələr nə vaxt veriləcək? - RƏSMİ](https://www.testler.az/articles/pics/tehsil-xeberleri/1198/1198-sertifikasiyadan-kecen-muellimlere-elaveler-ne-vaxt-verilecek-resmi-1.jpg?1711310053)
Bu barədə"Report"un sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən bildirilib.
Qeyd edək ki, bu ilin avqustun 30-da, sentyabrın 1-də və 13-də sertifikatlaşdırmanın test mərhələsi keçirilib. Prosesdə ümumilikdə 11 133 nəfər iştirak edib və onlardan 8 766 nəfər keçid balını toplayıb. Müsahibəyə isə 8707 müəllim qatılıb. Onlardan 8 676 nəfəri uğur qazanaraq sertifikatlaşdırmadan keçmiş hesab olunub.
Sertifikatlaşdırmadan keçən 3 086 təhsilverənin vəzifə maaşına 35 faiz əlavə olunacaq, 5 590 müəllimin isə 10 faiz əlavə alacaq.
Xatırladaq ki, sertifikatlaşdırmanın birinci mərhələsinə Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Abşeron-Xızı, Quba-Xaçmaz və Gəncə-Daşkəsən Regional Təhsil idarələrinə tabe olan, həmçinin Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan ibtidai sinif müəllimləri cəlb olunub.