Sertfikasiyanın test mərhələsi hansı mövzuları əhatə edəcək?

Sertfikasiyanın test mərhələsi hansı mövzuları əhatə edəcək?

Pandemiya şəraiti ilə əlaqədar müəllimlər bir neçə ildir ki, sertifiksiyadan keçmək imkanı əldə edə bilmirlər.

Son çıxışında Təhsil naziri Emin Əmrullayev sertifikasiya imtahanının yaxın zamanda keçiriləcəyiyini vurğulayıb.

Bir çox müəllimləri narahat edən məsələlərdən biri də sertifikasiyanın test imtahan mərhələsinə hansı mövzuların salınacağı ilə bağlıdır.

AzEdu.azNazirlər Kabvinetinin qərarına əsasən, sertifikasiyanın test imtahan mərhələsinin hansı mövzuları əhatə edəcəyini təqdim edir:

1.Müəllimin keçdiyi fənn üzrə ümumtəhsil proqramları;

2.Dərs dediyi fənnin tədris metodikası sahəsində olan yeniliklər;

3.Pedaqoji prosesin təşkili prinsipləri;

4.Təlim fəaliyyətinin planlaşdırılması;

5.Təlimin təşkilinə verilən tələblər;

6.Bilik və bacarıqların qiymətləndirilməsi, onun metod, növ və məqsədləri;

7.İnteraktiv təlim texnologiyaları;

8.Dərsin mərhələləri və ona verilən tələblər;

9.Kurikulumun mahiyyəti və məzmunu;

10.İnnovativ pedaqoji fəaliyyətin xüsusiyyətləri.

Sertfikasiyanın test imtahan mərhələsində müəllimlərə 60 sual təqdim edilir.

Test mərhələsi kompüterdə elektron qaydada həyata keçirilir və 120 dəqiqə vaxt ayrılır. Bu zaman fasilə verilmir.

Test mərhələsində hər bir sual 1 balla qiymətləndirilir. Səhv cavablar və ya sualın cavabsız qoyulması 0 bala bərabər tutulur və düzgün cavablara təsir göstərmir.

Sertifikatlaşdırmanın test mərhələsinin nəticələri üzrə balların hesablanması avtomatlaşdırılan rejimdə proqram təminatı vasitəsilə həyata keçirilir və təhsilverənin nəticələri test mərhələsi başa çatdıqdan dərhal sonra ona elan edilir.

Əlilliyi olan şəxslərin sertifikatlaşdırmanın test mərhələsində iştirakının təmin edilməsi üçün əlverişli şərait yaradılır. Həmçinin I dərəcə gözdən əlilliyi olan təhsilverənlərə fərdi nəzarətçi təyin edilir və onlar üçün test mərhələsinin davametmə müddəti 60 dəqiqə artırılır.

Sertifikatlaşdırmanın test mərhələsində azı 30 bal toplamış təhsilverənlər müsahibəyə buraxılırlar. Müsahibə mərhələsində hər bir təhsilverənə 20 dəqiqə vaxt ayrılır.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed