Şəhid övladları STEAM İnnovasiya Mərkəzində

Şəhid övladları STEAM İnnovasiya Mərkəzində

Fevralın 15-də STEAM İnnovasiya Mərkəzinə şəhid övladlarının ziyarəti təşkil olunub.

Bu barədəAZƏRTAC-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Ziyarətdə 10-18 yaşlı 80-dən çox şəhid övladı iştirak edib.

Uşaqlar mərkəzdə mütəxəssislər tərəfindən əvvəlcədən hazırlanmış proqram əsasında əyləncəli və öyrədici məzmuna malik elm şousu, ideya emalatxanası, “Rəqəmlərlə havada” adlı uçuş simulyatoru, eləcə də “Sfera üzərində elm”, “İllüziyalar və fiziki eksponatlar”, “Virtual reallıq”, “Sadə proqramlaşdırma (ibtidai sinif şagirdləri üçün)” məkanları ilə tanış olublar.

Əsas məqsəd şagirdlərə elmin çətin deyil, əksinə, maraqlı və əyləncəli olduğunu göstərmək olub.

Ziyarət əsnasında STEAM İnnovasiya Mərkəzinin əməkdaşları tərəfindən şagirdlərdə maraq doğuran suallar cavablandırılıb və onlar aktiv fəaliyyətlərə cəlb ediliblər.

Sonda uşaqlarla xatirə şəkli çəkdirilib.

Qeyd edək ki, şəhid övladları mərkəzin ilk ziyarətçiləridir.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed