Şəhid müəllimin xatirəsinə həsr olunan bilik yarışı keçirilib

Şəhid müəllimin xatirəsinə həsr olunan bilik yarışı keçirilib

Vətən müharibəsinin şəhidi, biologiya müəllimi Tural Rəhimovun xatirəsinə həsr olunan “Biologiya üzrə bilik yarışı” keçirilib.

"Report"un məlumatına görə, bilik yarışı VII-VIII sinif şagirdləri arasında təşkil olunub.

Ölkənin bütün bölgələrindən 2000-dən çox şagird birinci mərhələdə iştirak edib. Onlayn formada keçirilən ilk mərhələdə şagirdlərə 25 sual təqdim olunub. İlk dəfə olaraq hər sual çətinlik dərəcəsinə görə vaxtla limitlənib. Yekunda 221 nəfər final mərhələsinə vəsiqə qazanıb.

Yarışın final turu martın 4-də Bakıda əyani formada təşkil olunacaq. Bu mərhələdə iştirakçılar 1,5 saat ərzində qalibləri müəyyən edəcklər. Qaliblər martın 11-də təltif olunacaq. VII və VIII siniflərin I, II, III yerlərin sahiblərinə noutbuk, planşet, ağıllı saat, şəhidin xatirəsinə hazırlanmış xüsusi medal və diplom təqdim olunacaq. 4-10 yerlərin sahiblərinə müxtəlif hədiyyələr və sertifikatlar təqdim olunacaq. Şagirdlərlə yanaşı onların müəllimləri də qiymətləndiriləcəkdir.

Qeyd edək ki, T.Rəhimov 1993-cü il yanvarın 1-də Cəlilabad rayonunun Söyüdlü kəndində anadan olub. 1999-2003-cü illərdə Söyüdlü kənd tam orta məktəbində, 2003-2008-ci illərdə Muğan kənd tam orta məktəbində, 2008-2010-cu illərdə isə Cəlilabad şəhərində 1 nömrəli tam orta məktəbdə təhsil alıb.

2010-2014-cü illərdə Lənkəran Dövlət Universitetində (LDU) Kimya-biologiya ixtisası üzrə ali təhsil alıb. 2016-cı ildən müəllim olaraq çalışıb. Azərbaycan Ordusunun leytenantı olan T.Rəhimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. O, oktyabrın 22-də Qubadlı döyüşləri zamanı şəhid olub. Cəlilabad rayonunda dəfn olunub.

Prezident İlham Əliyevin sərəncamı ilə T.Rəhimov ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed