Şəhid memarın yubileyi təhsil aldığı universitetdə qeyd olundu

Şəhid memarın yubileyi təhsil aldığı universitetdə qeyd olundu

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Memarlıq fakültəsinin məzunu, I Qarabağ müharibəsi şəhidi Fuad Əsədovun 50 illik yubileyi qeyd olunub. AzMİU-danAZƏRTAC-a bildirilib ki, tədbir iştirakçıları əvvəlcə Fuad Əsədovun təhsil aldığı fakültədəki barelyefi önünə əklil qoyub, xatirəsini ehtiramla yad ediblər.

Sonra şəhidin tələbə vaxtı çəkdiyi əsərlərdən və Memarlıq fakültəsinin tələbəsi Nabat Əsgərovanın əsərlərindən ibarət sərgiyə baxış keçirilib.

AzMİU-nun tələbələri şəhid Fuad Əsədovun şeir və nəğmələri əsasında hazırlanmış bədii kompozisiyanı nümayiş etdiriblər. Bədii kompozisiyada şəhidin şeirləri səsləndirilib, onun həyat və yaradıcılığını, döyüş yolunu əks etdirən səhnələr yer alıb.

Tədbirin sonunda şəhidin anası Solmaz Əsədova, Memarlıq fakültəsinin dekanı professor Zahidə Məmmədova, AzMİU-nun prorektoru Orxan Naqdiyev, şəhidin komandirləri və döyüş yoldaşları Fuad Əsədov haqqında xatirələrini bölüşüb, gəncləri şəhidlərimizin ruhuna daha da ehtiramla yanaşmağa, onların həyat yolunu dərindən öyrənməyə çağırıblar.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed