Şamaxı Astrofizika Rəsədxanasının növbəti astroseminarı

Şamaxı Astrofizika Rəsədxanasının növbəti astroseminarı

N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) hibrid formada növbəti astroseminar təşkil olunub. Seminarda rəsədxananın baş direktoru AMEA-nın müxbir üzvü Namiq Cəlilovun “Sürəti səs sürətindən böyük olan anizotrop kosmik plazma axınlarında irimiqyaslı burulğanların yaranması mexanizmi haqqında” mövzusunda məruzəsi dinlənilib.

Bu barədəAZƏRTAC-a rəsədxanadan məlumat verilib.

Təqdim olunan işdə maqnit sahəsinin istiqamətinə nəzərən anizotrop xassəli plazma axınında istilik selini də nəzərə almaqla Kelvin-Helmholtz (KH) tipli plazma dayanıqsızlığı modelləşdirilməsi göstərilib. Məruzəçi bildirib ki, burada M > 1 (Max ədədi) halında axın sürətinin qradienti ilə bağlı olan KH dayanıqsızlığının digər klassik plazma dayanıqsızlıqlarına (firehose və mirror) təsiri öyrənilib. Qeyd edilib ki, alınan yeni nəticələrin Günəş və ulduz küləyi, astrofiziki və geofiziki şəraitlərdə plazma şırnaqları və jetləri kimi çox geniş tətbiq sahələri vardır.

Sonra iştirakçıların sualları cavablandırılıb.

  • Paylaşmağı unutma

Səhr yaz

......