Şagirdlər fənn olimpiadalarının yarımfinal turu üzrə buraxılış vərəqələrini çap edə bilərlər

Şagirdlər fənn olimpiadalarının yarımfinal turu üzrə buraxılış vərəqələrini çap edə bilərlər

Fevralın 25-də fənn olimpiadalarının respublika mərhələsinin yarımfinal turu keçiriləcək.

Bu barədəAZƏRTAC-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Yarımfinal turunda iştirak edəcək şagirdlər bu gündən etibarənhttps://portal.edu.az/ platforması üzərindən “Müsabiqə və olimpiadalar” bölməsinə daxil olaraq buraxılış vərəqələrini çap edə bilərlər.

İnformatika fənni üzrə yarımfinal turu isə fevralın 18-19-da Bakı Ali Neft Məktəbində keçiriləcək. İnformatika fənni üzrə buraxılış vərəqələrini fevralın 3-dən etibarən çap etmək mümkün olacaq.

Qeyd edək ki, 2022-2023-cü tədris ili üçün respublika fənn olimpiadalarında edilən əsas dəyişiklik IX, X və XI siniflərlə yanaşı, VIII sinif şagirdlərinin də olimpiadada iştirakının təmin edilməsidir.

Respublika fənn olimpiadalarının təşkilində məqsəd istedadlı şagirdlərin aşkar edilməsi, onlarda fənlərin dərindən öyrənilməsinə marağın artırılması, bilik və bacarığı, eləcə də çalışqanlığı ilə seçilən şagirdlərin qiymətləndirilməsidir. Olimpiadalar Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, informatika, coğrafiya və tarix olmaqla 8 fənn üzrə təşkil edilir.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed