Rəsədxana: Astroseminarda “Scopus” bazasında jurnalların axtarışı qaydaları izah edilib

Rəsədxana: Astroseminarda “Scopus” bazasında jurnalların axtarışı qaydaları izah edilib

N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) Gənc Alim və Mütəxəssislər Şurasının növbəti astroseminarı keçirilib. Seminarda rəsədxananın Kitabxana müdiri Lalə Səlimzadənin “Data baza anlayışı. Scopus data bazasında jurnalların axtarışı” mövzusunda məruzəsi dinlənilib.

Bu barədəAZƏRTAC-a rəsədxanadan məlumat verilib.

Məruzədə beynəlxalq elmi platformalar, bu sistemlərə üzv olmaq və onlardan istifadə yolları, data bazalara çıxış imkanları, xüsusilə “Scopus” bazası haqqında geniş məlumat verilib. Bununla yanaşı, “Scopus” data bazasında ixtisasa uyğun jurnalların seçilməsi və məqalələrin həmin jurnallarda dərc edilməsi yolları izah olunub. Seminar iştirakçılarına, eyni zamanda, açıq giriş jurnallarına çıxış imkanları, elmi məqalələrin hazırlanması barədə məlumatlar verilib.

Sonra suallar cavablandırılıb.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed